CNN Rusiyada yayımını dayandırır

Amerikannın CNN kanalı ilin sonuna qədər Rusiyadakı yayımını dayandıracağını açıqladı.
 
Maide.az xəbər verir ki, beynəlxalq xəbər kanalı CNN Rusiyada nəşrini dayandırır. Qərarın səbəbi qısa müddət əvvəl Rusiya Mətbuat Haqqında Qanununda edilən dəyişikliklərdir. Ancaq kanal qanunun tam olaraq hansı maddəsi üzündən nəşrini dayandırdığını açıqlamayıb. İTAR-TASS-a danışan bir səlahiyyətli "Turner İnternational mümkün variantları öyrənir və Rusiya bazarına dönəcəyini ümid edir", - deyib.  Şirkət səlahiyyətlisi CNN-in Moskva bürosunun fəaliyyətini davam etdirəcəyini də sözlərinə əlavə edib.
 
"Echo Moskvı" radiosunun ehtimalına görə, CNN-in yayımını dayandırmasının səbəbi "Roskomnadzor"un qadağasıdır. "Roskomnadzor" lazımlı icazəsi olmayan  operatorların, xarici televiziya kanallarının yayımını qadağan edir. Həmçinin yeni qanunla mətbu orqanların sərmayəsində xarici sərmayə miqdarına məhdudlaşdırma da tətbiq olunub.

Google+ WhatsApp ok.ru