Coca-Cola şirkəti dünyanı məhv edir - Şok faktlar

Coca-Cola şirkəti dünyanı məhv edir - Şok faktlar

İngiltərə qəzetlərinin biri Coca-Cola şirkətinin dünyaya verdiyi zərərləri araşdırıb.
 
Tom Bauden adlı bir jurnalistin araşdırmasına görə bu şirkətin okeanlara verdiyi ziyanlar şok edici dərəcədədir. 500  fərqli marka altında olan Coca-Cola hər il 100 milyarddan çox bir dəfəlik istifadə butulkalarında satılır. Hələ 2010-cu ildə Coca-Cola bir dəfəlik istifadə üçün bu butulkaların normal bir vasitə olmadığını bildirmişdi. 
 
Coca-Colanın hər saniyə 3500 butulka satdığı məlum olub. İngiltərən Yaşıllar partiyasının lideri Karolina Lukas Coca-Colanın bu çirkləndirmə siyasətinin artıq yolverilməz olduğunu açıqlayıb. Yaşıllar partiyasının okeanlar üzrə təmsilçisi isə: "Coca-Cola plastik çirkləndirmə roluna görə məsuliyyət daşımaq istəmir. Amma okeanların mədəsində də daha buna yer qalmayıb" -deyə bildirib. 
 
Deniz kuşları yuttukları plastikler nedeniyle ölüyor
 
35 milyardlıq funt sterlinq büdcəyə sahib olan bu şirkətin illik gəliri 6,5 milyard funt sterlinqdir. Qəzet bildirir ki, Coca-Cola hər il öz reklamına 3,2 milyard funt sterlinq xərcləyir. Hər il dünyada 1,9 milyar Coca-Cola satılır. (islaminsesi) /
 
 

https://www.facebook.com/ThisIsZinc/videos/559571920910145/

Google+ WhatsApp ok.ru