`Coca-Cola`nın tərkibində spirt olduğu təsdiqləndi

Maide.az xəbər verir ki, Amerikanın “Thisamericanlife.org” adlı saytı “Coca-Cola”nın hazırlanma mexanizmini bildiklərini açıqlayıb və məhsulun tərkibindəki maddələri yayımlayıb. 
 
Bu zamana qədər sirr olaraq qalan düstur 1886-cı ildə kimyaçı Con Pemberton tərəfindən tapılıb. İlk olaraq eyni il Atlantada satılmağa başlanan içki, daha sonra dünyada 200 ölkədə satışa çıxarılıb.
 
“Coca-Cola”nın hazırlanma düsturu hazırda ABŞ-ın Corciya ştatının Atlanta şəhərində 24 saat boyunca qorunan bir zirzəmidə saxlanılır.
 
Saytın yayımladığı tərkib belədir: limon turşusu 84.9 qram, kafein 28.3 qram, şəkər 30 (miqdarı müəyyən deyil), su: 9.5 litr, yaşıl limon suyu 0.94 litr, vanil 28.3 qram, karamel 42.5 qram.
 
Siropu üçün spirt 226.4 qram, portağal yağı 20 damla, limon yağı 30 damla, Hindistan qozu yağı 10 damla, keşniş 5 damla, portağal çiçəyi yağı 10 damla.

Google+ WhatsApp ok.ru