Con Kerri fevralın əvvəlində Moskvaya səfər edə bilər

Amerika və Rusiya diplomatları ABŞ dövlət katibi Con Kerrinin Moskvaya səfərinin mümkünlüyünü müzakirə edirlər.
 
Bu barədə TASS agentliyi Rusiyan Vaşinqtondakı diplomatik nümayəndəliyinə olan mənbəsinə istinadən məlumat yayıb.
 
“Ehtimal edilən səfər Amerika tərəfinin xahişi əsasında baş tutacaq”, deyə mənbə qey edib.
 
Məlumata görə, səfərin 4-5 fevral tarixlərində baş tuta biləcəyi ehtimal olunur.  
 
Qeyd edək ki, bundan əvvəl Con Kerri Moskvaya 2013-cü ilin mayında səfər edib.  

Google+ WhatsApp ok.ru