Con Kerri və Sergey Lavrov Suriyadakı vəziyyəti müzakirə ediblər

Con Kerri və Sergey Lavrov Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub.
 
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, tərəflər söhbət zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.
 
“Suriyada kök salmış terror qruplaşmalarına qarşı mübarizədə Rusiya-ABŞ qarşılıqlı fəaliyyətinin perspektivləri də daxil olmaqla Suriyadakı vəziyyət diqqət mərkəzində olub.”, - Rusiya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
 
S.Lavrovun "Suriyanın ABŞ-la əlaqəli müxalifətinin fəal hücum fəaliyyəti həyata keçirən terrorçulardan tez bir zamanda ayrılmasının vacibliyini" qeyd etdiyi bildirilir.
 
Bundan əvvəl Rusiya XİN Suriyada terrorçuları müxalifətdən ayırmaq məsələsində inkişafın olduğunu bəyan edib.

Google+ WhatsApp ok.ru