Coğrafiya İnstitutundan həyəcan təbili:Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yollarında yeni çatlar yaranıb

Coğrafiya İnstitutundan həyəcan təbili:Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yollarında yeni çatlar yaranıb

Hazırda Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yollarında sürüşmə hadisələri baxımından vəziyyət gərgindir.
 
Maide.Az xəbər verir ki, bunu Trend-ə AMEA-nın ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib.
 
Onun sözlərinə görə, Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci kilometrliyində asfalt üzərində yeni çatlar yaranıb:
 
"Hazırda ərazidə sürüşmə prosesi davam edir. Yolun bir hissəsi dağılıb. Ağsu aşırımı onsuz da təhlükəli zonadır. Payızda havanın rütubətli keçməsi, yağıntıların çox olması sürüşmələrin fəallaşmasına səbəb ola bilər".
 
S.Tarixəzəri qeyd edib ki, Böyük Qafqazın cənub yamacında fəallaşan sürüşmə sahələrinə Şamaxı (Muğanlı, Qaravəlli, Mədrəsə kəndləri və b.), Ağsu, İsmayllı (Basqal kəndi və b.) rayonları aiddir. Sürüşmələr həm də Dəmiraparançay, Girdimançay, Ağsuçay, Daşağılçay, Pirsaatçay və s. çay dərələrində geniş yayılıb.
 

Google+ WhatsApp ok.ru