Almaniya aviaşirkəti Bakıya uçuşları bərpa etdi

Almaniya aviaşirkəti Bakıya uçuşları bərpa etdi

 Almaniyanın milli aviadaşıyıcısı - “Lufthansa” şirkəti ölkənin Frankfurt şəhərindən Bakıya uçuşları bərpa edib.
 
Maide.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
 
Məlumata görə, aviaşirkətin təyyarəsi hava limanında ənənəvi olaraq su arkası ilə qarşılanıb.
 
Bakıdan Frankfurta uşuş hər həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Google+ WhatsApp ok.ru