İcra başçısı: 'Nazirlər Kabineti Bayıl sürüşmə zonası ilə bağlı yeni qərar verəcək'

İcra başçısı: 'Nazirlər Kabineti Bayıl sürüşmə zonası ilə bağlı yeni qərar verəcək'


"Bayıl sürüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır".

Maide.Az "Report"a istinadən  xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O qeyd edib ki, həmin ərazidə əvvəllər də sürüşmə hadisəsi baş verib: "Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Orada sürüşmə daş dövründə, yaşıllıq olmayan dövrdə də olub. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış var idi. Hazırda orada yaşayanların yerləşdirilməsi məsələsi gündəlikdədir. Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək.

Google+ WhatsApp ok.ru