İcra hakimiyyəti:`Hələlik evlər sökülməyib, amma...`

İcra hakimiyyəti:`Hələlik evlər sökülməyib, amma...`

-- vaxtilə buna yol verən vəzifəli şəxslər belə məsuliyyətsizliyə yol verdiklərinə görə cəzalandırılmalıdır

«Şəki rayonunun «Çölyol» adlanan ərazisində evlər sökülməyib. Bu ərazidə yarımçıq tikililərin dayandırılması tələb edilib».
 
Bunu Şəki Rayon İcra Hakimiyyətindən bildiriblər.
 
İcra Hakimiyyətindən verilən məlumata görə, həmin ərazidə tikilən evlər qanunsuzdur, torpaqlar isə dövlət fonduna aiddir:
 
«Bu, təqribən 2008-ci il və bir qədər də irəli gedən tarixdə tikilən evlərdir. Əhaliyə ucuz torpaq adı ilə dövlət fonduna aid torpaqlar satılıb. Sadə insanlar isə bu torpağın hansı mülkiyyətə aid olması ilə maraqlanmayıblar».
 
İcra hakimiyyətindən bildirilib ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı rayonda işlər görülməlidir:
 
«Ərazilər lazımdır. Dövlət aqrar sənayeni inkişaf etdirmək siyasəti yürüdərək, komplekslər tikmək istəyir və bunun üçün dövlət fonduna aid torpaqlardan istifadə edilir. Həmin torpaqlarda isə fərdi evlər tikilib. Hələlik evlər sökülməyib, amma ehtiyac olacaqsa, bu evlər də sökülə bilər. Belə ki, dövlət mənafeyi hər şeydən üstündür. Amma insanları da qınamırıq, vaxtilə buna yol verən vəzifəli şəxslər belə məsuliyyətsizliyə yol verdiklərinə görə cəzalandırılmalıdır».
 
Qeyd edək ki, İki gün öncə, noyabrın 15-i Şəki şəhərində «Çölyol» deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etiraz etdikləri bildirilirdi. Ərazidə yaşayanların yolu Azadliq.info saytının məlumatına görə, hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edilib. Saytın xəbərinə görə, polis sakinləri ərazidən uzaqlaşdırmağa nail ola bilib. Üç nəfər saxlanıb. Günün sonunda iki nəfər etirazçının cərimələnib buraxıldığı, bir nəfərə isə 20 sutka inzibati qaydada həbs verildiyi bildirilirdi.
 
Ancaq bu deyilənləri rayonun rəsmi qurumlarından dəqiqləşdirmək mümkün olmayıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru