İctimai nəqliyyatdan maskasız istifadəyə görə cərimə tətbiq edilə bilər - Operativ Qərargah

İctimai nəqliyyatdan maskasız istifadəyə görə cərimə tətbiq edilə bilər - Operativ Qərargah

Son iki gündə koronavirusa gündəlik yoluxma faktlarının sayı artıb. Bu, mayın 4-dən etibarən karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın bugünki brifinqində bildirib. O, yoluxma hallarının sayı artdığı təqdirdə karantin rejiminin yenidən sərtləşdiriləcəyini istisna etməyib.

 
Xüsusən, ictimai nəqliyyatda tibbi maska taxılmamasına görə cərimə tətbiq edilə bilər, deyən Məmmədov əlavə edib ki, qərarı Operativ Qərargah müzakirələrdən sonra qəbul edəcək.
 
O, həmçinin bildirib ki, mayın 11-nə qədər ticarət mərkəzlərinin açılması və 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmasına qoyulmuş qadağa haqqında qərara yenidən baxılması planlaşdırılmır. "Hər şey yoluxma statistikasından asılı olacaq", deyə o bildirib.

Google+ WhatsApp ok.ru