İctimai yerlərdəki ‘wi-fi’-lardan istifadə təhlükəlidirmi - İT mütəxəssisi açıqladı

İctimai yerlərdəki ‘wi-fi’-lardan istifadə təhlükəlidirmi - İT mütəxəssisi açıqladı

Belçikanın Leven Universitetinin alimlərinin məlumatına görə, “Wi-Fi” şəbəkəsinə qoşulma imkanına malik olan bütün qurğular təhlükə altındadır. Ekspertlər bildiriblər ki, bu üsulla internetə daxil olan istənilən cihaza müdaxilə mümkündür.
 
Maide.Az bildirir ki, İT mütəxəssisi Vahid Qasımov Sputnik Azərbaycan-a deyir ki, biz hansısa yerdə şəbəkə internetinə qoşulduğumuz zaman kompüterimizdəki ‘Windows’ təhlükəsizliyi nəzərə almağımız üçün xəbərdarlıq edir:
 
“Eyni şəbəkədə olan kompüterlər tənzimləmələr düzgün qurulmazsa, bir-birini görə bilər. Ümumlikdə siz təhlükəsizlik üçün bütün addımları atmısınızsa heç bir təhlükəsi yoxdur. Publik yerlərdə olan “wi-fi”-ların tənzimləri elə qurulub ki, orada sadəcə bir tərəfli qaydada internet paylaşımı mümkündür”.

Google+ WhatsApp ok.ru