İctimaiyyətin qınağına səbəb olan Fələstin səfiri danışdı

 

Bir neçə gün öncə, ABŞ səfiri Riçard Morninqstar öz evində iftar süfrəsi təşkil edib

İftar süfrəsində Azərbaycan parlamentinin deputatları, ictimai xadimlər, xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri və bəzi ilahiyyatçılar iştirak edib. İştirak edənlərin arasında Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim də olub.

Qəzzədə ABŞ-ın dəstəyi ilə sionist rejimi hücumu nəticəsində yüzlərlə Fələstinli şəhid olduğu bir zaman Fələstinin Azərbaycandakı səfirinin ABŞ səfirinin iftar süfrəsində iştirakı İctimaiyyət nümayəndələri tərəfindən tənqid olunmuşdu.
Baş verənlərdən sonra Fələstin səfirliyinin mətbuat xidmətinin rəsmisi İslamazeri.az-la əlaqə saxlayıb.
 

O, səfirin adından danışdığını bildirərək qeyd edib ki, “Biz iftar süfrəsində iştirakımızla bağlı münasibətləri saytınızdan oxuduq. Onu əvvəlcədən qeyd edim ki, Fələstin səfiri orada döyüşüb, mübarizə aparıb, gəlib burada səfir olub. Bu o demək deyil ki, səfir ömür boyu diplomat olub. Səfir buradadırsa, qohumları Qəzzada və Ramallahdadır. Cənab səfir yaxın günlərdə Azərbaycanın bəzi KİV-ə verdiyi müsahibədə ABŞ-ı, İsraili, Almaniyanı, Avropanı və digər dəstəkçiləri tənqid edib. Biz yenə deyirik siz məsələ ilə bağlı münasibət öyrənə bilərsiniz. Amma orada cənab səfirdən başqa digər müsəlman ölkələrinin, Azərbaycan hökumətinin də nümayəndələri iştirak edib.” 
 

İslamazeri.az-ın müxbiri Fələstin Diplomatik Korpusunun rəsmisi ilə danışıq zamanı Fələstin səfirinin hazırda İsrail aqressiyasına qarşı əsas müqavimət göstərən HƏMAS-a "qruplaşma" deməsinin səbəbini soruşub. Səfirlik əməkdaşının cavabı belə olub: “Biz balansı qorumalıyıq. Buna görə də bu cür addım atırıq.”

 

Google+ WhatsApp ok.ru