İctimaiyyət təmsilçiləri Hacı Sərdar Hacıhəsənlinin azadlığa buraxılması üçün müraciət etdi

İctimaiyyət təmsilçiləri Hacı Sərdar Hacıhəsənlinin azadlığa buraxılması üçün müraciət etdi

Biz, aşağıda imza edənlər, görkəmli ruhanı, tanınmış ilahiyyatçı, “Maide.az” saytının baş redaktoru Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dərin narahatlığımızı bəyan edirik.

 

Hacı Sərdar Hacıhəsənli (Hacı Sərdar Babayev) cəmlə ibadət yerinə yetirdiyinə görə həbs edilib. Bir halda ki, qanunlarımız insanların cəmlə ibadət etmək hüququnu birmənalı olaraq təsbit edir. Konstitusiyanın 48.II, 71.II, 71.IV, 71.V maddələrinə görə, hər kəsin dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa görə təqsirləndirilə bilməz.

Bundan əlavə, Azərbaycan hökumətinin qoşulduğu BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktında (maddə 18), BMT-nin İnsan Haqları Ümumi Bəyannaməsində (maddə 18), İnsan Haqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasında (maddə 9) birmənalı olaraq, dini etiqad azadlığı, o cümlədən kollektiv ibadət hüququ birmənalı surətdə təsdiqlənir.

 

Hacı Sərdar Hacıhəsənli heç bir kəsin hüququna qəsd etməyib, ictimai asayişi pozmayıb.

 

Bununla yanaşı, məlum olmuşdur ki, Hacı Sərdar Hacıhəsənlini cümə namazı qılmağa bölgənin rəsmi qazisi dəvət etmişdir.

 

Birmənalı olaraq, əminik ki, Hacı Sərdar Hacıhəsənlinin həbsi – əsassız və səhv addımdır. Eyni zamanda, milli-mənəvi dəyərlərimizə qarşı bir hörmətsizlikdir.

 

Bunları nəzərə alaraq, Hacı Sərdar Hacıhəsənlinin həbsini insan haqlarının və əsas azadlıqlarının pozulması kimi qiymətləndirir, ona qarşı edilən hərəkətləri təqib kimi dəyərləndiririk.

 

Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı çağırış edirik.

 

1. Hacı İlqar İbrahimoğlu – DEVAMM-ın sədri

2. Akif Nağı – Qarabağ Azadlıq Təşkilatının sədri

3. Arif Hacılı – Müsavat partiyasının başqanı

4. Aygün Muradxanlı – tanınmış jurnalist

5. Azər Qasımlı – “Real” TK koordinatoru, ictimai-siyasi məsələlər üzrə katib

6. Azər Rəşidoğlu – siyasi icmalçı, jurnalist-publisist

7. Eldəniz Quliyev – Azərbaycan Ziyalı Hərəkatının sədri

8. Ellada Məmmədli – ictimai-siyasi xadim

9. Elşən Həsənov – Siyasi Məhbuslar üzrə Monitorinq Mərkəzinin rəhbəri

10. Ədalət Usubov – ictimai-siyasi xadim

11. Əli Kərimli – AXCP sədri

12. Əsabəli Mustafayev – vəkil, "Demokratiya və İnsan Hüquqları" qurumunun rəhbəri

13. Əvəz Həsənov – Humanitar Tədqiqatlar İctimai Birliyinin direktoru

14. Gözəl Bayramlı – AXCP sədrinin müavini

15. Gülağa Aslanlı – ictimai-siyasi xadim, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru

16. Hacı İlham Əliyev - AİP-in sədr əvəzi

17. Hikmət Hacızadə - Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) rəhbəri

18. Xalid Ağaliyev – hüquqşünas

19. Xədicə İsmayıl – tanınmış jurnalist, araşdırmaçı

20. İkram İsrafil – sabiq millət vəkili

21. İqbal Ağazadə - “Ümid” partiyasının sədri

22. İntiqam Əliyev – Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri

23. İsa Qəmbər – Milli Strateji Düşüncə Mərkəzinin sədri

24. Kamran Mahmudov – müstəqil jurnalist

25. Qadir İbrahimli – iqtisadi icmalçı, jurnalist

26. Qubad İbadoğlu – İctimai Təşəbbüslər Mərkəzinin sədri

27. Leyla Əliyeva – politoloq-alim

28. Mehman Əliyev – “Turan” informasiya agentliyinin direktoru

29. Mehriban Vəzir – yazıçı-publisist

30. Mirvari Qəhrəmanlı – "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İB rəhbəri

31. Mürtəza Bünyadlı – jurnalist-publisist

32. Namizəd Səfərov – ictimai-siyasi xadim, vəkil

33. Natiq Cəfərli – iqtisadçı-ekspert

34. Nemət Əliyev – iqtisadçı ekspert, analitk

35. Niyazi Mehdi – professor, filosof

36. Novella Cəfəroğlu – Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri

37. Pənah Hüseyn – sabiq baş nazir

38. Rəsul Cəfərov – İnsan Hüquqları Klubunun sədri

39. Rəşid Hacılı - Media Hüququ İnstitutunun rəhbəri

40. Rövşən Əhmədli – Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri

41. Ruslan İzzətli – D-18 hərəkatının başqanı

42. Samir Əsədli – VHP Mərkəzi İcra Aparatının rəhbəri

43. Samir Kazımlı – hüquq müdafiəçisi, jurnalist

44. Sevil Yüzbaşeva – Eko-Aləm İB-nin sədri

45. Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri

46. Şahin Rzayev – tanınmış jurnalist

47. Şahvələd Çobanoğlu – tanınmış jurnalist, publisist

48. Tofiq Türkel – jurnalist, siyasi analitik

49. Tural Abbaslı – “Ağ partiya” başqanı

50. Turqut Qəmbər - NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü

51. Vahid Məhərrəmov – Economic Research Center qurumunun eksperti

52. Vidadi Mirkamal – ictimai-siyasi xadim, ədliyyə generalı

53. Yadigar Sadıqov – Musavat partiyası başqanının müşaviri

54. Zamin Hacı – tanınmış jurnalist

55. Zaur Əkbər – Gənclərin Atlantik Assosiasiyasının rəhbəri

56. Zərdüşt Əlizadə - siyasi analitik, politoloq

57. Zöhrab İsmayıl – Azad İqtisadiyyata Yardım İB-nin rəhbəri

 
(deyerler.org)

Google+ WhatsApp ok.ru