Culian Assanja növbə çəkmək İngiltərəyə baha başa gəldi

Wikileaks qurucusu Culian Assanjın sığındığı Ekvador səfirliyi qarşısındakı növbə 12 milyon sterlinliq xərcə görə sona çatdı

Maide.az xəbər verir ki, Wikileaks internet saytının qurucusu Culian Assanjın sığındığı Ekvadorun London Səfirliyi önündə üç ildir davam edən polis növbəsi sona çatdı. London polisindən bildiriblər ki, "aparılan qiymətləndirmə nəticəsində polis, bu gün səfirlik önündəki xidmətinə son vermək qərarı alıb. Assanjı həbs əməliyyatımız davam edəcək və əgər səfirlikdən çıxmağa cəhd edərsə, onu həbs etmək üçün hər cür səy göstərəcəyik. Ancaq polisi daim orada saxlaaq artıq uyğun görünməmişdir".
 
Açıqlamada qərarın Daxili İşlər və Xarici İşlər nazirlikləri ilə müzakirə olunduğu qeyd edilərək, polisin mənbə və imkanlarının hüdudsuz olmadığı vurğulanıb.
 
Qeyd edək ki, İngilis polisinin səfirlik binasının qarşısında 3 ildir ki, 7 gün 24 saat növbə tutması 12 milyon funt-sterlinqə başa gəlib.

Google+ WhatsApp ok.ru