`Cövşən Kəbir` duası - audio

Kəf’əmi bu duanı “Bələdul-əmin” və “Misbah” kitablarında həzrət İmam Səccad (ə)-dan, o da peyğəmbərdən nəql etmişdir. Cəbrail (ə) döyüşlərin birndə peyğəmbərin əynində bahalı, ağırlığından peyğəmbərin çiyinlərini salan zireh olduğu halda nazil olub belə buyurdu: “ Ya Muhəmməd! Allah-taala sənə salam göndərir və buyurur: “Bu zirehi əynindən çıxart, bu duanı oxu ki, sən və ümmətin üçün əmniyyət deməkdir.”
Sonra bu duanı natamam izahında belə buyurur: “O cümlədən, hər kəs bu duanı öz kəfəninə yazsa, Allah taala onu cəhənnəmə atmağa həya edər və hər kəs təmiz niyyələ onu Ramazan ayının əvvəlində oxusa, Allah ona Qədr gecəsini dərk etməyi və onun üçün yetmiş min onun əvəzinə təsbih edə mələk yaradar. Bütün bu fəzilətləri nəql etdikdən sonra buyurur: “Hər kəs bu duanı Ramazan ayında üç dəfə oxusa, Allah cəhənnəm odunu ona haram, cənnəti isə vacib edər və iki mələyə bu dünyada olan zaman onu günahlardan qorumağa əmr edər.” Hədisin axırında İmam Hüseyn (ə) buyurur: “Atam Əli ibn ƏbuTalib (ə) bu duanı mənə əzbərləməyi, kəfənə yazmağı, ailəmə öyrətməyi və camaatı onu oxmağı rəğbətləndirməyimi əmr etmişdi. Bu duada, Allahın, içində İsmi ə’zəm olan min adı vardır.” 
 

Google+ WhatsApp ok.ru