C vitaminini dərmanlardan deyil, ərzaqlar vasitəsi ilə əldə edin

C vitaminini dərmanlardan deyil, ərzaqlar vasitəsi ilə əldə edin

 
Qripdən qorunmaqda əhəmiyyətli rol oynayan və immunitet sistemini gücləndirən C vitaminini, dərmanlar vasitəsi ilə yox, qida vasitəsi ilə qəbul olunması daha faydalıdır. Yay mövsümünün sona çatması və havaların yavaş-yavaş soyuması ilə əlaqədar olaraq qrip və soyuqdəymə halları da artır.
 
Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qripin, xəstələrin öskürək və asqırmadan sonra ətrafa yaydığı xırda damcılar, nəfəs alınması və ya bu damcıların bulaşdığı məkanlara təmas etdikdən sonra digər insanlara keçmə ehtimalı var. 
 
Qrip, təxminən bir həftə davam edir.  Bunun üçün tez-tez su və sabun ilə əl-üz yuyulmalıdır. Xəstə insanların öskürüb-asqıranda ağızlarını qolun iç hissəsi ilə bağlaması və qarşıda duran adamların üzünə doğru asqırması xəstəliyin yayılmasını qarşısını almaqda çox əhəmiyyətlidir.
 
Peyvənd, qripdən qorunma yollarından biridir. Xüsusilə risk qrupunda olanlar, qrip peyvəndlərini qrip mövsümü boyunca vurdurmalıdırlar. 
 
Qripdən qorunmada digər vacib amil də qidalanmadır. Gündəlik kalori ehtiyacının fərqli qidalarla təmin olunmalıdır.
 
Sağlam şəkildə həyatımızı davam etdirmək üçün bədənimiz protein, yağ, karbohidrat, vitamin, mineral və su olmaq üzrə 6 əsas kateqoriyada qida elementinə ehtiyac duyur. Qeyri-kafi və balanssız qidalanma zamanı bədən ehtiyacını öz bazasından qarşılamağa çalışır və bu halda müxtəlif xəstəliklərə tutuluruq.
 
Həkimlər, qış fəslində insanların bağlı otaqda sıxışıb qaldığını, hərəkətetmə və fəaliyyətdə olma nisbətlərinin düşdüyünü bildirərək qeyd ediblər ki, "hazır qidalar yerinə bildiyimiz quru meyvələr, yağlı toxumlar, çərəz, fındıq, fıstıq, qoz  yemək daha xeyirlidir".  C vitamini ilə zəngin olan yeməklərin də qış fəslində tez-tez yeyilməsi lazım olduğunu söyləyən həkimlər, ''C vitamini dediyimiz zaman ağlımıza dərhal naringi, portağal, limon kimi meyvələr gəlir. Həqiqətən bu meyvələri də gündəlik həyatımızda yeməliyik. 
 
C vitamini, immunitet sistemini gücləndirən önəmli qidalardan biridir. Suda həll edilə bilən vitaminlər, orqanizmdə toplanmır. Buna görə də hər gün yenidən qəbul etmək lazımdır.
 
Portağal, qreypfrut, gül kələm, kivi, dolmalıq bibər, ispanaq, təzə lobya və bostan kələmi C vitamini ilə zəngindir. Bu qidalardan istifadə edərək özünü qoruya bilərsiniz.⁠⁠⁠⁠

Google+ WhatsApp ok.ru