C vitamini xərçəng hüceyrələrinin çoxalmasını əngəlləyir!

C vitamini xərçəng hüceyrələrinin çoxalmasını əngəlləyir!

İngiltərənin Mançester Salford Universitetində həyata keçirilən və nəticələri Oncotarget jurnalında nümayiş olunan,
bir araşdırma C vitamininin, təcrübi dərman 2-DG-dən 10 qat daha təsirli olduğunu müəyyənləşdirib. Araşdırmaçılar, xərçəng kök hüceyrələrinin (CSCs) çoxalmasını dayandırmaq mövzusunda üç təbii maddənin (caffeic acid phenyl ester, silibinin və askorbin turşusu), üç təcrübi dərmanın (aktinonin, FK866 ilə 2-DG) və bir klinik dərmanın fəaliyyətini araşdırdı.
 
Doktor Qloria Bonuçellinin
 
rəhbərliyi altında həmin maddələrin və dərmanların təsirini ölçən qrup, hüceyrələrin yaşamasına və çoxalmasına imkan təmin edən, xərçəng kök hüceyrələrinin bioenergetik müddətində cəmləndi.
Araşdırmanın məqsədinin xərçəng kök hüceyrələrinin maddələr mübadiləsini pozmaq və çoxalmasına mane olmaq olduğunu ifadə edən araşdırmaçılar, aktinonin və FK866 dərmanlarının ən təsirli maddələr olduğunu bildirdilər.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru