Cəbhədə minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır - FOTO 17 Yanvar 2017 02:00 Hərb Cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır. Müdafiə Nazirliyindən Maide.Az-a verilən məlumata görə, dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir. Döyüş minalarından istifadə edilməklə keçirilən məşqlərdə şəxsi heyət bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativləri icra edir. / Teqlər : #Cəbhədə minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - FOTO Cəbhədə yenə iri silahlar işə düşüb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'