Cənubi Asiyada daşqınlar nəticəsində azı 700 nəfər həlak olub

Cənubi Asiyada daşqınlar nəticəsində azı 700 nəfər həlak olub

Hindistanda, Banqladeşdə, Nepalda yağan musson yağışları nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri azı 700 nəfərin ölümünə səbəb olub.
 
Son sutka ərzində Hindistanda və Banqladeşdə daşqınlar nəticəsində 100 nəfər həlak olub.
 
Məlumata əsasən, milyondn artıq insan evini tərk etmək məcburiyyətində qalıb. Hazırda Hindistanın Bihar ştatından 400 min insan və Assam ştatından 450 min insan müvəqqəti sığınacaqlarda qalırlar.
 
Daşqınların həmçinin regionda avtomobil yollarına və dəmir yollarına ziyan vurub. (trend) /

Google+ WhatsApp ok.ru