Cəzaçəkmə Müəssisəsində məhbusun öldürüldüyü bildirilir - YENİLƏNİB

Cəzaçəkmə Müəssisəsində məhbusun öldürüldüyü bildirilir - YENİLƏNİB

-- Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertizalar təyin edilib

Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Fərhad Zeynal oğlu Mürsəlovun öldüyü bildirilir.
 
Hadisə dekabrın 13-də, günorta saatlarında baş verib. Sosial şəbəkələrdə yayılan məlumatlarda məhbusun ölümünə səbəb kimi Elman adlı dəstə rəisinin adı hallandırılır. Bildirilir ki, dəstə rəisi əslən Sabirabaddan olan Fərhad Mürsəlovu döyüb və nəticədə məhbus həyatını itirib.
 
Penitensiar Xidmətdən isə APA-ya deyilənləri təkzib ediblər. Bildirilib ki, məhkumun ölümündə müəssisə əməkdaşının rolunun olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Penitensiar Xidmətin Tibb Baş İdarəsindən verilən məlumata görə, Fərhad Zeynal oğlu Mürsəlov ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin olduğu açıqlanıb.
 
Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(meydan.tv)
 
***
Bakıda cəzaçəkmə müəssisəsində ölüm olub.
 
APA-nın məlumatına görə, Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu dünyasını dəyişib.
 
Hadisə yerinə Qaradağ rayon Prokurorluğunun əməkdaşları çıxıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertizalar təyin edilib.
 
Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru