Dünya Bankının ekspertləri İraqda İŞİD ilə mübarizənin vurduğu zərəri hesablayıblar 12 Fevral 2018 02:00 Dünya -- 45,7 milyard dollar İŞİD terror qruplaşması ilə mübarizə zamanı İraqın infrastrukturuna vurulan zərər 45,7 milyard dollar təşkil edib. Maide.Az "Report"a istinadən xəbər verir ki, bu qənaətə Dünya Bankının və İraq hökumətinin ekspertləri gəliblər. Belə ki, yaşayış binalarının dağıdılmasının vurduğu zərər 16 milyard dollar, elektrik stansiyalarının və elektrik şəbəkələrinin məhvinin vurduğu zərər 7 milyard dollar, məktəb və universitetlərin binalarının dağıdılmasının vurduğu zərər 2,4 milyard dollar qiymətləndirilir. Ekspertlər bildirirlər ki, İraqın zərərçəkən bölgələrində idarəetmə sisteminin və neft-qaz infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə xərclər yenidənqurmanın xərclərini 88 milyard dollara qədər artırır. Xatırladaq ki, ötən il dekabr ayının əvvəlində İraqın baş naziri Hayder əl-Abadi İŞİD üzərində qələbə qazandıqlarını elan edib. Teqlər : #Dünya Bankının ekspertləri İraqda İŞİD ilə mübarizənin vurduğu zərəri hesablayıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru An-148-in qəza anı kameraya düşdü - VİDEO İngiltərədə yaşayan Bəhreynli müxalif fəallar 14 fevral inqilabının ildönümü belə qeyd etdi -FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO