Dəmir pəhrizi. Yorğunluq və anemiya ilə necə mübarizə aparmaq olar?

Dəmir pəhrizi. Yorğunluq və anemiya ilə necə mübarizə aparmaq olar?

Siz tez-tez özünüzü yorğun hiss edirsiniz, nəfəs darlığından əziyyət çəkirsiniz və ürəyiniz sanki sinədən atılmaq istəyir? Dostlarınız sizə rənginizin qaçdığını deyir?
 
Əgər bu belədirsə, deməli, sizdə dəmir çatışmazlığı var.
Britaniyada bu sindrom gənc qadınlar arasında xüsusilə yayılıb.
2011-ci ildə ölkədə 19 yaşdan 34 yaşadək qadınların 21 faizi dəmir çatışmazlığı anemiyasından əziyyət çəkib.
 
Hansı məhsullardadəmir var?
 
İnsan bədəni özü dəmir istehsal etmir, onu ərzaqdan alır.
Mədəyə qida ilə daxil olan dəmirin hamısı isə eyni dərəcədə yaxşı həzm olunmur.
 
Yeməkdən dəmir əldə etmək üçün:
- Yaşıl yarpaqlı tərəvəzlər (kələm, gül kələm, quzu qulağı, kahı) yeyin
 
- Dəmir ilə zəngin ispanağı bir az bişirib yemək yaxşıdır
 
- C vitamini ilə zəngin məhsulları və içkiləri yeyin və için
 
- Fermentləşdirilmiş (turş) çörəyə üstünlük vermək daha xeyirlidir
 
 
BBC-nin "Mənə inanın, mən həkiməm" adlı televiziya proqramı Londonun King's College institutundan professor Paul Sharp-dan dəmir çatışmazlığına yol verməmək üçün nə yemək lazım olduğunu soruşub.
 
Qırmızı ət bədəndə asanlıqla həzm edilə bilən dəmirlə zəngindir. Ət yemirsinizsə, dəmirlə zəngin yaşıl yarpaqlı tərəvəzlər, məsələn, ispanaq və kələm, eləcə də noxud və mərcimək yemək məsləhətdir.
 
Fermentləşdirilmiş çörək və taxıl da dəmirlə zəngindir, lakin həmin məhsullardakı dəmir heç də həmişə yaxşı həzm olunmur.
 
Kofeni portağal şirəsi ilə əvəz edin
 
Professor Sharp qeyd edib ki, qida məhsullarındakı dəmir vitamin С ilə birlikdə daha yaxşı həzm olunur.
 
Odur ki, professor hesab edir ki, misal üçün, səhər yeməyini yeyərkən kofe əvəzinə portağal şirəsinə üstünlük vermək daha məqsədə uyğundur.
 
Belə ki, portağal şirəsi yeməklərin tərkibində olan dəmirin həzm olunması dərəcəsini artırır.
 
Bəs tərəvəzdən daha çox dəmir almaq istəyirsinizsə, bu zaman nə etməli? Təzə kələm - yaxşı dəmir mənbəyidir, lakin onu bişirsəniz, kələmdən alacağınız dəmirin miqdarı azalacaq.
 
Kələm C vitamini ilə zəngindir, lakin kələm bişəndə, onun tərkibindəki C vitamininin miqdarı azalır. Eyni proseslər digər tərəvəzlərin də bişirilməsi zamanı baş verir.
 
Lakin burada bir istisna da var - ispanaq. Bişirilmiş ispanaqdakı tez həz olunan dəmirin miqdarı çiy ispanaqdakı dəmirdən 55 faiz çoxdur.
Çörəyə gələndə isə, onun fermentləşdirilmiş növünə üstünlük vermək daha yaxşıdır.
 
Taxılın tərkibində fitin turşusu olduğundan, bu turşu dəmirin həzm olunmasını əngəlləyir.
 
Çörək fermentləşdiriləndə isə fitin turşusunun təsiri zəifləyir, nəticədə, çörəkdəki dəmiri orqanizm daha yaxşı həzm edir. / bbc / 

Google+ WhatsApp ok.ru