Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). ("Bəqərə" surəsi 31)

Həzrət Əli (ə) buyurur:
“Ən güclü günah şəhvətə tabeçilikdir. Ona itaət etməyin, yoxsa düşüncənizi Allahdan uzaqlaşdırar.”



DÖRDÜNCÜ SƏCİYYƏ: CƏHƏNNƏM ODUNDAN QORXU-1

Tarix : 10-07-2017 16:15

Rəhman Allahın həqiqi bəndələrinin səciyyələrindən dördüncüsü cəhənnəm atəşindən qorxmaqdır. “Furqan” surəsinin 65-66-cı ayələrində belə buyurulur:

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا إِنَّهَا سَاءتْ مُسْتَقَرًّا وَمُقَامًا

“(Rəhman Allahın həqiqi bəndələri) belə deyərlər: Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən dəf et ki, həqiqətən, onun əzabı (cəhənnəm əhli üçün) şiddətli və həmişəlikdir. Şübhəsiz, cəhənnəm pis yer və pis məskəndir.”

İlahi bəndələr gecələr Allahı yad edib, ibadət və raz-niyazla məşğul olsalar da, gündüzlər öz vəzifələrini layiqincə yerinə yetirsələr də, özlərini Allah dərgahında günahkar bilirlər. Belələrinin qəlbləri ilahi xof ilə dolu olur. Həmin xof ki, ilahi vəzifələri yerinə yetirmək üçün insana güc və təkan verir, insanı daxilən kontrol edir, nəzarətdə saxlayır, günahlardan çəkindirir, məsuliyyət hissini gücləndirir. Onlar daim dua edib deyirlər ki, ey Rəbbimiz, cəhənnəm əzabını bizdən uzaqlaşdır.

Görəsən, Allah dərgahında böyük məqam və səciyyəvi xüsusiyyətlərə malik həqiqi bəndələri yüksəldən yalnız bu ibarələri daim deməlidir, yoxsa niyyətlərilə bərabər əməlləri də mühüm rol oynayır?

Şübhəsiz, sırf dua və Allahla mənəvi rabitə kifayət deyil. İnsanı yüksək məqamlara qaldıran, əməllə birgə olan xeyirxah niyyətlərdir və bu da ümumi bir qaydadır. Məsələn, şiəlik iddiasında olub, imam Əlinin (ə) məhəbbətindən dəm vurmaq və Əhli-beytə sevgidən danışmaq insanı günahlardan qorumur, yaxud ibadət və itaətə çəkmir və yaxud məsum imamların həqiqi şiələri zümrəsinə qatmır. Buna görə də, rəvayətlərdə sözü əməl və rəftarına zidd olan məzəmmət edilir. İmam Rzadan (ə) nəql olunan bir hədisdə deyilir: “Cəhənnəm atəşindən Allaha pənah apardığını deyib, amma (cəhənnəmə sürükləyən) nəfsin istəklərindən üz çevirməyən insan özünü ələ salır.” (“Biharul-ənvar”, 75-ci cild, səh.356, hədis 11.)

Başqa bir hədisdə isə belə deyilir: “Günahından tövbə edib, ondan əl çəkməyən şəxs, elə bil, öz Rəbbini ələ salır.” (“Biharul-ənvar”, 90-cı cild, səh.282.)

Qeyd etməliyik ki, insan həm ibadət, həm də digər xeyir əməllər vasitəsi ilə cəhənnəm odundan qurtuluş yolu axtarmalıdır. İmam Əmirəlmöminin Əli (ə) öz malından Allah yolunda vəqf edərkən “vəqfnamə”də belə yazdı: “Bu malı vəqf etdim ki, onun vasitəsi ilə cəhənnəm odundan amanda qalım və bu od məndən uzaq olsun.” (“Təfsiri-Safi”, 2-ci cild, səh.104.)

Bir sözlə, məadı – ölümdən sonrakı həyatı yada salmaq Allahın həqiqi bəndələrinin xüsusiyyətlərindəndir. Həm də, Allahın xas və həqiqi bəndələri behişt barədə düşünməzdən öncə, cəhənnəm odundan qorxurlar!

Rza Şükürlü (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:06
06:26
12:34
18:54
23:54
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.