Bəqərə, 65. Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular).

İmam Əli(ə) : «Hikmәt vә еlm möminin itirdiyi şеydir. Оnа görә münаfiqdәn оlsа dа оnu öyrәnin.»




DÜNYA ZÜHUR ƏSRİNDƏ

-- Zülmün və haqsızlığın yayıldığını...

Tarix : 03-05-2018 16:32

Mütəal Allahın son höccəti qeybə çəkildi ki, zühur şərtləri hazır olduqda, özünü zahir etsin və dünyanı hidayət nuru ilə işıqlandırsın. Bəşərriyyət qeyb dövründə imam Mehdinin (ə) zühurunun tezləşməsinə cəbəb olan yaxşı əməllər yerinə yetirə bilərdilər, lakin şeytana və nəfsin istəklərinə uymaları, Qurani-Kərimin düzgün tərbiyəsindən uzaqlaşıb məsum imamın vilayətini qəbul etməmələri nəticəsində azğınlığa düşdülər, zaman keçdikcə, zülmü dünyada daha da yaydılar. Bu yolu seçməklə özləri üçün acınacaqlı aqibət hazırladılar. Zülm, fəsad, azğınlıq, qorxu, qalmaqal, ruhi-əxlaqi sarsıntılarla dolu ictimai mənəviyyat və saflıqdan uzaq təcavüzkarlıqla, zəifləri və məzlumları əzməklə məşğul olan bir dünya yaratmaq qeyb dövründə yaşayan insanların məhsullarıdır. Bu acı həqiqət əsrlər öncə məsum rəhbərlər (ə) tərəfindən da xəbər verilmişdir. İmam Sadiq (ə) dostlarından birinə belə buyurmuşdur: “Zülmün və haqsızlığın yayıldığını, Quranın unudulduğu və nəfsi istəklərinə uyğun təfsir edildiyini, batil əhlinin haqq əhlindən irəli keçdiyini, möminlərin sükuta üstünlük verdiklərini, qohumluq əlaqələrinin kəsildiyini, yaltaqlığın çoxaldığını, haqq yolunun yolçusuz qaldığını, şər yollarının çoxaldığını, halalın haram və haramın halal sayıldığını, böyük sərmayələrin Allahın qəzəb etdiyi işlərdə xərcləndiyini, dövlət məmurları arasında rüşvətin yayıldığını, əyləncələrin çoxalıb qarşısı alına bilməyəcək qədər genişləndiyini, Quranın həqiqətlərinə qulaq asmaq ağır, batil şeyləri dinləmək isə xoş gəldiyi, insanların Allahdan qeyrisi üçün həccə getdiklərini, qəlblərinin qatılaşdığını, birinin yaxşılığı əmr edib pislikdən çəkindirdikdə “Bu sənin vəzifən deyil!” deyərək qarşı çıxdığını və hər il yeni-yeni fəsadlar, günahlar və bidətlərin baş qaldırdığını gördüyün zaman özünü gözlə. Allahdan səni belə çirkin mühitdən qurtarmasını istə (ki, bunlar zühurun nişanələridir)!” (“Üsuli-kafi”, c.7, səh.27.)

Əlbəttə, bu qara cədvəl zühurdan əvvəlki dövrün ümumi faktorudur. Çünki bu dövrdə ilahi əhdə sadiq qalan bir çox dindar insanlar da olacaqdır. Onlar inanclarını qiymətləndirib, azğın mühitdə əriməz, öz alın yazılarını başqalarının çirkin aqibətlərinə bağlamazlar. Bunlar Allahın ən yaxşı bəndələri, nur imamlarının (ə) şiələridirlər.

Rəvayətlərdə bu insanlardan təriflə söz açılmışdır. Belələri həm özləri təmiz yaşar, həm də digərlərini təmiz və düzgün yaşayışa dəvət edərlər. Çünki yaxşı bilirlər ki, yalnız yaxşılıqları yayıb sağlam mühit hazırlamaqla imam Zamanın (ə) zühurunu tezləşdirə və hökumətinin ilk quruluşunu meydana gətirə bilərlər.

Çünki pisliklərə qarşı qiyam, vəd edilmiş xilaskarın bir çox köməkçilərlə birgə olduğu zaman mümkündür. Bu isə “İmamın zühurunu tezləşdirmək üçün cəmiyyət arasında fəsad və əxlaqsızlıqları yaymaq lazımdır!” – fikrinə inananların tam əksinədir. Fəsad və pozğunluqların çoxalması ilə zühura şəraitin hazırlanması üçün imanlı insanların çirkinliklər qarşısında səssiz qalmaları düzgün deyil. Doğrusu, yaxşılıqları və fəzilətləri yaymaqla imam Mehdinin (ə) zühurunu tezləşdirmək mümkün deyilmi?

Məlum olduğu kimi, yaxşılığa dəvət və pislikdən çəkindirmək hər bir müsəlmana vacibdir. Heç bir zaman və məkanda vacib bir əməlin tərkinə icazə verilmir. Belə isə, zühur əsrinin çatması üçün zülm və fəsadın yayılması necə doğru ola bilər? Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bu ümmətin sonunda (axır zamanda) bir qrup gələcəkdir ki, onlar İslamın ilkin müsəlmanlarının mükafatına layiq görüləcək, yaxşılığa dəvət edib pislikdən çəkindirəcək və fitnə əhli ilə mübarizə aparacaqlar.” (“Möcəmu əhadisil-imamil-Məhdi (ə)”, c.1, səh.49.)

Bir çox rəvayətlərdə yer üzünün zülm və fəsadla dolacağı bildirilsə də, bu, bütün insanların zülmkar olacağı mənasında deyildir. Yer üzü heç bir zaman Allah yolunun yolçularından boş qalmayacaq, iman və fəzilət ətrinin qoxusu hər vaxt hiss ediləcək. Dünya zühurdan əvvəl acı bir dövr yaşasa da, şübhəsiz, şirin zühur ilə sona çatacaq. Çağdaş dünyamız zülm və fəsad zamanı olsa da, çirkinliklərdən çəkinib pak yaşamaq və digər insanları bu yola dəvət etmək Muhəmmədin (ə) nəslindən gələcək Qaimin zühurunun intizarını çəkənlərin mütləq vəzifəsidir. İman və təqvaya bürünüb bu dəyərləri yaşatmağın imam Mehdinin (s) zühurunun tezləşməsinə təsiri inkar edilə bilməz.

Bu haqda yazımızı imam Mehdinin (ə) Şeyx Müfidə yazdığı məktubun bir cümləsi ilə bitiririk: Əgər şiələrimiz bizimlə bağladıqları əhd-peymana vəfadarlıqda qəlblərini bir-birinə yaxınlaşdırıb bir-birilə səmimi olsaydılar, bizi görməkdən məhrum olmaz və tezliklə bizi görmək səadətinə nail olardılar. Bizi onlarla görüşdən saxlayan səbəb onlarla bağlı əlimizə çatan acı xəbərlər və onların gördüyü nalayiq əməllərdir. (“Biharul-ənvar”, c.53, səh.177.)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:10
06:30
12:32
18:48
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-09-2018 14:52