Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi. ("Bəqərə" surəsi 34)

Həzrət Məhəmməd (s) buyurur:
“Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.”



Dünya əhalisinin yarıdan çoxunun internetə çıxışı yoxdur

Tarix : 03-10-2017 10:15

Rəqəmsallaşma istehsal və ticarətin bütün aspektlərinə təsir göstərir, böyük korporasiyalardan tutmuş kiçik ticarətçilərə qədər. Ancaq bunun gəlirlərdə bərabərsizliyi artırma riski də var.
 
Maide.Az xəbər verir ki, bu haqda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) açıqladığı «İnformasiya iqtisadiyyatı 2017: Rəqəmsallaşma, Ticarət və İnkişaf» adlı hesabatda söz açılır.
 
«İnformasiya və kommunikasiya texnologiyaları (İKT), elektron ticarət (e-ticarət) və digər rəqəmsal applikasiyalar inkişaf etməkdə olan ölkələrdə kiçik şirkətlərə və sahibkarlara qlobal bazarlara qoşulmağa və gəlir əldə etməyin yeni yollarını tapmağa kömək edir. Onlar vasitəsiylə bizneslər irəliləyir, qadınlar sahibkarlara və ticarətçilərə çevrilir, məhsuldar fəaliyyətlər dəstəklənir», – hesabatda vurğulanır.
 
750 MİLYON NƏFƏRİN 90 FAİZİ
 
Qlobal miqyasda rəqəmsal iqtisadiyyat cənubda sürətlə genişlənir. Çinlə Hindistanın öndə olduğu, inkişaf etməkdə olan iqtisadiyyatlar 2012-2015-ci illərdə ilk dəfə internetə çıxmış 750 milyon nəfərin 90 faizini təşkil edib. Bunu Beynəlxalq Telekommunikasiya Birliyinin məlumatına əsasən söyləmək olar.
 
Hesabatda o da vurğulanır ki, dünya əhalisinin yarıdan çoxunun internetə çıxışı yoxdur, internetə çıxış və istifadənin sürəti yavaşıyır. Özəlliklə, dünyanın ən az inkişaf etmiş ölkələrində hər altı nəfərdən yalnız biri 2016-cı ildə internetdən istifadə edib.
 
Qlobal götürəndə, iqtisadi fəaliyyətin rəqəmsallaşması yüksəksürətli genişzolaqlı internetə çıxışın artması, İKT avadanlığının və proqramların qiymətinin kəskin azalması sayəsində sürətlənib. Məsələn, 1980-ci ildə sərt diskin (HDD) 1 qiqabaytının ortalama qiyməti 400 ABŞ dolları idisə, 2016-cı ildə 0.02 dollar olub.
 
Hesabatda rəqəmsal iqtisadiyyat haqda bəzi rəqəmlər təqdim olunur:
 
Artım:
 
- 2019-cu ilədək qlobal internet trafiki 2005-ci ildəkindən 66 dəfə böyük olacaq.
 
- İKT məhsulları və xidmətlərinin istehsalı qlobal ÜDM-nin 6.5 faizi qədərdir.
 
- Hazırda İKT xidmətləri sektorunda 100 milyon nəfər çalışır.
 
- 2010-2015-ci illərdə İKT xidmətlərinin ixracı 40 faiz artıb.
 
- 3D printerlərin satışı 2016-cı ildə 450 mindən 2020-ci ildə 6.7 milyona qalxacaq ki, bu da cəmi 3 il ərzində 15 dəfə artım deməkdir.
 
Problemlər:
 
- Ən az inkişaf etmiş ölkələrdə yaşayanların cəmi 16 faizi ötən il internetdən istifadə edib. Di gəl, BMT-nin Davamlı İnkişaf Məqsədlərində həmin ölkələr üçün qoyulmuş internetə universal çıxış hədəflərinə çatmağa çox var.
 
- Şəhər-kənd bölgüsü: şəhər yerlərində 3G şəbəkələrə çıxış 89 faiz, kənd yerlərində 29 faizdir; azgəlirli ölkələrdə bu uçurum daha qabarıqdır.
 
- İnkişaf etməkdə olan ölkələrdə internet gender bölgüsü də gözəçarpandır.
 
- Az inkişaf etmiş ölkələrdə e-ticarətlə əhalinin 2 faizindən də azı məşğul olur. İnkişaf etmiş ölkələrin çoxunda bu rəqəm 50 faizdən yuxarıdır.
 
- Dünyadakı 3D printerlərin yalnız 4 faizi Afrika və Latın Amerikasında istifadə olunur.
 
- Afrika ölkələrinin 40 faizindən də azı şəxsi məlumatların qorunması üzrə qanunvericiliyi qəbul edib. Okeaniyada isə yalnız Kuk adalarında belə qanunvericilik var.(azadliq.org)
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:39
06:59
12:25
18:04
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.