Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız.("Bəqərə" surəsi 21)

İmam Sadiq (ə) buyurur:
“Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”



Dünyada uşaqların sürətlə piylənməsi qeydə alınıb

Azərbaycanda qızlar arasında piylənmə 4.4 faiz, oğlanlar arasında isə 5.3 faiz təşkil edir

Tarix : 11-10-2017 16:14

Son 40 il ərzində piylənmə əmsalı 10 dəfə artıb, bu isə 124 milyon oğlan və qızın hazırda aşırı kök olduğu deməkdir, yeni tədqiqatın nəticələrində bildirilib.
 
Dünyanın 200 ölkəsində kökəlmə tendesiyasını təhlil edən ətraflı hesabatın nəticələri Lancet-də dərc edilib.
 
Hesabata görə, Azərbaycanda qızlar arasında piylənmə 4.4 faiz, oğlanlar arasında isə 5.3 faiz təşkil edir.
 
Britaniyada beşyaşlı uşaqdan tutmuş 19 yaşlı gəncədək hər 10 nəfərədən biri kökdür.
 
Mütəxəssislərin fikrincə, kök uşaqların böyüyüb yaşlaşanda da kök qalması onların sağlamlığı üçün ciddi risk yaradır.
 
Lancet təhlilinin açıqlanması dünyada qeyd olunan Dünya Piylənmə Gününə təsadüf edib.
 
Dünya Piylənmə Federasiyasının qeyd etdiyinə görə, piylənmə səbəbindən əmələ gələn xəstəliklərin müalicəsinə 2025-ci ildən başlayaraq hər il dünya üzrə təxminən 1213 milyard dollar xərclənəcək.
 
Ən yüksək sürətlə uşaqların piylənməsi Şərqi Asiya ölkələrində müşahidə edilir.
 
Tədqiqatçıların qeyd etdiyinə görə, indiki tendensiya qüvvədə qalsa, yaxın gələcəkdə dünyada köklərin sayı, çəkisi normadan az olanların sayını üstələyəcək.
 
2000-ci ildə pik səviyyəyə çatdıqdan sonra, çəkisi normadan az olan qız və oğlanların sayı dünyada ildən-ilə azalmağa doğru dəyişir.
 
Oğlanlar arasında piylənməyə aid xəritə. Ən yüksək piylənmə əmsalı olan ərazilər qırmızı rənglə işarələnib. Daha aşağı piylənmə əmsalı olan yerlər, ardıcılıq etibarı ilə, narıncı və sarı rəngə boyanıb. Yaşıl və göy rəngində olan ərazilərdə uşaqlar arasında piylənmə onların ümumi sayının 5%-dən azında qeydə alınıb. 
 
Qızlar arasında piylənməyə aid xəritə. Ən yüksək piylənmə əmsalı olan ərazilər qırmızı rənglə işarələnib. Daha aşağı piylənmə əmsalı olan yerlər, ardıcılıq etibarı ilə, narıncı və sarı rəngə boyanıb. Yaşıl və göy rəngində olan ərazilərdə uşaqlar arasında piylənmə onların ümumi sayının 5%-dən azında qeydə alınıb
 
2016-cı ildə 192 milyon uşaq və yeniyetmənin çəkisi normadan az olub. Bu, həmin yaşda olan kök uşaqların sayından xeyli çox olsa da, bu sahədə tendensiyanın dəyişdiyi qeyd olunur.
 
Şərqi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində cəmi bir neçə onillik ərzində uşaqlarda çəki çətışmazlığı problemi piylənmə problemi ilə əvəzlənib.
 
Ümumilikdə isə, dünyada 213 milyon uşaq və yeniyetmənin, hələlik piylənmə həddinə çatmasa da, kök olduğu qeyd olunur.(bbc)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:30
07:57
12:36
17:31
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-12-2017 19:55