Bəqərə, 60. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmü üçün su istəyəndə (ona) «əsanı o daşa vur» dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan on iki qəbilə üçün) on iki çeşmə qaynadı. Hər bir dəstə özünün su içmək yerini tanıdı (və dedik): «Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin».

İmam Hüseyn (ə) buyurur:
“Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”



DİLƏNÇİLİK – BƏYƏNİLMƏYƏN XİSLƏT

Tarix : 10-09-2018 13:26

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 273-cü ayəsində buyurur:

لِلْفُقَرَاء الَّذِينَ أُحصِرُواْ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاء مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ

“(İnfaq və sədəqə) Allah yolunda məhrumiyyətə düşüb (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət və səfər edə bilməyən yoxsullar üçündür. Onlar iffətli həyalı olduqlarından (dilənçilikdən çəkindiklərindən) nadan şəxs onları varlı hesab edir. (Ya Rəsulum!) Sən isə onları simalarından tanıyarsan onlar heç vaxt insanlardan israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir!”

Bir çox təfsir kitablarında, o cümlədən, Fəxr Razinin təfsirində, “Məcməul-bəyan” kitabında və Qurtubinin təfsirində nəql olunur ki, bu ayə “Süffə səhabələri” haqqında nazil olmuşdur. Süffə səhabələri, təqribən, dörd yüz nəfər idi və Məkkədən Mədinəyə hicrət etmişdilər. Onların Mədinədə evi, daldalanacağı olmadığından, Peyğəmbər məscidinin kənarında “süffə” (böyük səki) üstündə yaşayır və daim cihada hazırlıqlarını bildirirdilər.

Bu ayə bizə öyrədir ki:

1. Varlıların var-dövlətində fəqirlərin haqqı var.

2. Mücahid və mübarizlərə, tağutla mübarizədə siyasi fəaliyyətlərinə görə həbsə düşənlərə, sığınacaqsız mühacirlərə, Allah yolunda məhrumiyyətə düçar olan bütün insanlara və öz maddi ehtiyacını təmin etmək üçün çalışmaq fürsətindən məhrum edilənlərə diqqət yetirilməlidir.

3. Köç və səfər etməklə başqa bir məntəqədə yaşayıb maddi ehtiyacını təmin edə bilənlər infaq intizarında olmamalıdırlar.

4. İffətli, pak, abırlı və həyalı yoxsullar Allah tərəfindən xoş sözlərlə yad edilir.

5. Tanınmayan və möhtərəm fəqirlər öndə gəlir.

6. Sizin üçün zərurət yaransa da, yenə kimdənsə israrla bir şey istəməyin. Dilənçilik bəyənilməmiş sifətdir.

7. İnsafdan deyil ki, bir dəstə insan bütün varlığını fəda edib mühasirədə qalsın, digər bir qrup onlara da infaq etmək istəməsin.

Əllamə Təbatəbainin əxlaq ustadı Ayətullah Mirzə Əliağa Qazi ilə bağlı bir əhvalat nəql olunur. Nəcəfdə onun bir tərəvəz satandan təravətini itirmiş göy-göyərti aldığını görüb soruşurlar ki, nə üçün belə şeylər alır? O, belə cavab verir: “Bu dükançı yoxsul bir şəxsdir. Ona kömək etmək istəyirəm. Amma istəmirəm ki, abrını itirsin və kimdənsə nəsə almağa vərdiş etsin. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 273-cü ayənin təfsiri.)

Maide.Az



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:09
06:29
12:32
18:49
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

24-09-2018 20:15