(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər. (Bəqərə, 75)

Həzrət Məhəmməd (s) buyurur:
“Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, möminlərdə eyb axtarmaqdan uzaqdır.”



DİLLƏ OLAN ZİKRİN İKİ FAYDASI

-- Dillə olan zikrin ilk hədəf və faydası budur ki,

Tarix : 12-03-2018 09:01

Dillə olan zikrin ilk hədəf və faydası budur ki, insanın diqqətinin müqəddəs varlıqda təmərküzləşə bilməsi üçün insanda Allahı anmanın zəif dərəcəsini gücləndirir.

Başlanğıcda Allaha diqqəti qaranlıq və ya pərakəndədir, amma dillə olan zikri söyləməklə, xüsusilə namaz qılanda həmin diqqət təmərküz tapıb, güclənir və Allaha sarı istiqamət alır. Bu dillə olan zikr üçün təsvir oluna biləcək faydalardan biridir.

Dillə olan zikrin başqa bir faydası da budur ki, əgər zikri söyləməklə zəif diqqət güclənmirsə, ən azı sabit qalır və tamamilə məhv olmur.

İnsanın daşıdığı hallar, o cümlədən, Allahı yad etməsi daim dəyişkəndir və zavala uğramaq təhlükəsi ilə üzləşə bilər. Bu səbəbdən, Allahı anmaq yadımızdan çıxmasın deyə, qəlbi və ruhi diqqətin davamlı olması üçün dillə olan zikrdən kömək almalıyıq. Beləliklə, zikr üçün iki hədəf və faydanı göstərmək olar və əlbəttə ki, birincinin faydası daha üstündür.

Hərdən də elə olur ki, zikri söyləmək adət halına keçir və yalnız dili tərpətməklə müəyyən sözləri tələffüz etməkdən başqa bir şey olmur. Necə ki, bəzi adamlar bəzi əməlləri və sözləri düşünmədən, adət etdikləri üçün edirlər. Belə adət halına keçmiş əməllərin icrasında insanlar o qədər də gördükləri işə diqqətli olmurlar. Bəziləri səhərdən axşama kimi əllərində təsbih çevirirlər, lakin bu adi adət halına keçmiş bir məşğuliyyətdir və heç bir faydası da yoxdur. Və ya bəziləri barmaqları ilə saqqallarına tumar çəkirlər və bu, adət halı aldığı üçün gördükləri işə o qədər də diqqət yetirmirlər. Dilin adət etdiyi işlər də, bəzi uşaqların danışdıqları sözün mənasına diqqət yetirmədən əzbərlədikləri bir iki kəlməni adət olaraq elə hey söylədikləri kimidir.

Bizim əksəriyyətimiz də bəzi dua və zikrləri adət etdiyimiz üçün oxuyuruq və azacıq da olsa, nə dediyimizin, nədən danışıldığının fərqinə varmırıq; buna görə də, qəlbimizdə heç bir təsir, dəyişiklik hiss etmirik.

Ola bilsin ki, əvvəldə bir işə diqqətlə başlayaq və hansısa zikri söyləyək. Məsələn, rəvayətlərdə deyilir ki, xanım Zəhranın (ə) təsbihini və ya fılan zikri söyləməyin nə qədər savabı vardır. Buna görə də, həmin təsbihi diqqətlə oxuyuruq. Lakin get-gedə diqqətimiz zəifləməyə başlayır. İş o yerə çatır ki, axırda sözlər adət halına keçdiyi üçün diqqət etmədən deyib keçirik. Əlbəttə “Əllahu-əkbər”, “La ilahə illəllah” kimi zikrlərin mənalarına diqqət etmədən də söyləmək puç və alçaq sözləri söyləməkdən daha yaxşıdır, lakin insanın ruhunda lazım olan təsiri qoymayacaqdır.

Elələri də var ki, Allaha heç etiqadları da yoxdur, lakin adət etdikləri üçün danışıq əsnasında tez-tez Allahın adını çəkir, Ona and içirlər; çünki bu iş onların adət-ənənəsinə çevrilmişdir. Hətta əvvəllər kommunistlərdən bəziləri Allaha, dinə etiqadları olmamasına baxmayaraq, adət etdikləri üçün bir-birindən ayrılanda “Allah amanında” deyib ayrılırdılar. Onlar bu sözləri söyləyərkən, heç də onun mənasına diqqət yetirmirdilər. Elə biz müsəlmanlar da çox vaxt Allahın adını adət üzündən dilimizə gətiririk və onun mənasına o qədər də fikir vermirik.

Cahil, eləcə də İslamın əvvəllərində təzə müsəlmanlığı qəbul etmiş ərəblər arasında Allahın adını çəkmək adi hal idi. Hətta ən adi işlərdə də Allahın adını çəkirdilər. Küçədə bir iti və ya donuzu görəndə, nifrət əlaməti olaraq deyirdilər: “Allah səni öldürsün.” Bu sözü söyləyərkən, heç də Allahın adına fikir vermirdilər. Bu adi adət idi və onlar heç də bu işi qəlbdən, etiqad bəsləyərək görmürdülər. Aydındır ki, bu sözləri bu şəkildə söyləmək, insana heç bir təsir bağışlamır və Allahı anmaq hesab olunmur.

Bir hədisdə Peyğəmbəri-Əkrəm (s) Əbuzərə tapşırır:

يا أَباذَرٍّ؛ لِيَعْظُمْ جَلالُ اللّهِ فى صَدْرِكَ فَلا تَذْكُرُهُ كَما يَذْكُرُهُ الْجاهِلُ عِنْدَ الْكَلْبِ أَللّهُمَّ اخْزِهِ وَ عِنْدَ الْخِنْزيرِ أَللّهُمَ اخْزِهِ

“Ey Əbuzər! Pərvərdigarın əzəmət cəlalını ürəyində uca tut Onu dilucu yad etmə; necə ki, cahil adamlar iti donuzu görəndə deyirlər: “Allah öldürsün səni.”

Yəni bəziləri etiqadları olmasa da, dilucu “Allah səni vurmuşdu”, “Allah səni öldürsün”, “Allah sənə kömək olsun” və ya bu kimi digər ifadələrlə Allah kəlməsini dilə gətirirlər. Məqsəd budur ki, “ey Əbuzər! O şəxslərdən olma ki, onlar heç bir etiqadi kökü olmadan və kəlmənin mənasına varmadan Allahı yad edirlər. Allahı yad etmək istəyəndə öncə Onun əzəmət və şövkətini təsəvvüründə canlandır. Həmişə yadında olsun, Allah bütün varlıq dünyasının yaradıcısıdır və hər şey Onun qüdrət əlindədir. Allah özü nəhayətsiz əzəmət və şövkət sahibi olduğu kimi, Onun adı da bir o qədər əzəmətli və cəlallıdır. Bu səbəbdən, Onu diqqət və əzəmətlə yad et. Allahın adını qəlbi hazırlıq və səmimiyyətlə yad edə bilməyin üçün öncə Onun əzəməti sənin ruh və qəlbində özünə yer tapmalıdır. Elə olmasın ki, cahil adamlar kimi dediyinin fərqində olmadan, dilin adət etdiyi üçün Allahı yad edəsən. İnsanın ruhuna təsir edən, qəlbin rahatlıq tapması və namazın hədəfi olmasına və insanın mənəvi yüksəlişinə səbəb olan, onun puç, maddi baxışlardan əl çəkib, əbədi axirət dünyası və tükənməz nemətlərə baxışını yönəldən, insan və Allah arasında qırılmaz əlaqə yaradan zikr o zikrdir ki, mənasına diqqət edilsin və Allahın hüzurunu nəzərdə tutaraq dilə gətirilsin. Bu həmin zikrdir ki, Allah onun vəsfində buyurur:

إِنَّمَا الْمُؤْمِنوُنَ الَّذِينَ إِذا ذُكِرَ اللّهُ وَ جِلَتْ قُلُوبُهُمْ...

“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət əzəmətindən) qəlbləri qorxudan titrəyər, Allahın ayələri oxunan zaman həmin ayələr onların imanlarını daha da artırar(“Ənfal” surəsi, ayə 2.)

Sonda imam Əlinin (ə) kəlamında Peyğəmbərin (s) bəzi səhabələrinin zikrə hansı diqqətlə yanaşdıqlarına nəzər yetirək:

... لَقَدْ رَأَيْتُ أَصْحابَ مُحَمَّد (صلى الله عليه وآله) فَما أَرى أَحَداً مِنْكُمْ يُشْبِهُهُمْ، لَقَدْ كانُوا يُصْبِحُونَ شُعْثاً غُبْراً وَ قَدْ باتوُا سُجَّداً وَ قِياماً، يُراوِحُونَ بَيْنَ جِباهِهِمْ وَ خُدُودِهِمْ وَ يَقِفُونَ عَلى مِثْلِ الْجَمْرِ مِنْ ذِكْرِ مَعادِهِمْ كَأَنَّ بَيْنَ أَعْيُنِهِمْ رُكْبَ الْمِعْزى مِنْ طُول سُجُودِهِمْ...

“Mən Muhəmmədin (s) səhabələrini gördüm, lakin sizlərdən heç birini onlar kimi görmürəm. Onların səhər vaxtı üst-başları qubarlı, saçları dağınıq olardı; çünki gecəni səhərə qədər səcdədə namaz qılmaqda idilər. Hərdən alınlarını, hərdən yanaqlarını torpağa qoyurdular. Qiyaməti yad edərkən,iztirabdan yanar köz kimi olardılar. Uzun səcdəyə qapılmaqdan alınları keçinin dizləri kimi döyənək olub qabar bağlamışdı.” (“Nəhcül-bəlağə”, xütbə 96, səh.286; (“Rəhe-tuşe” – Axirət azuqəsi, Ayətullah Misbah Yəzdi, 1-ci cild.270-272.)

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:07
06:27
12:33
18:53
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

22-09-2018 09:52