Onlara «Allahın nazil etdiyinə (Qurana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!» (Bəqərə,91)

(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır. ("Bəqərə" surəsi 37)



DİRİ VƏ ÖLÜ QƏLB (1)

-- Qəlbi ölmüş insan heç nəyi dərk etmir...

Tarix : 13-01-2018 22:40

İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyətində qəlbin müxtəlif halətləri və onu gücləndirən amillərdən danışaraq buyurur:

أَحْيِ قَلْبَكَ بِالْمَوْعِظَةِ، وَ أَمِتْهُ بِالزَّهَادَةِ، وَ قَوِّهِ بِالْيَقِينِ، وَ نَوِّرْهُ بِالْحِكْمَةِ

“Qəlbini moizə və nəsihətlərlə dirilt, zöhd və pəhrizlə öldür, yəqinlə gücləndir, hikmətlə işıqlandır.” (“Nəhcül-bəlağə”, məktub 31.)

Vəsiyyətin bu hissəsində əsas mövzu insan qəlbidir. Çünki insanın islahı, tərbiyəsi onun qəlbinin islahı və tərbiyəsindən ibarətdir. Əslində insanlıq sırf qəlblə bağlı bir həqiqətdir. Allaha yaxınlaşmaq istəyən insan hədəfə doğru qəlb yolu ilə hərəkət etməlidir. Paklanmaq istəyən insan öncə qəlbini paklamalıdır. İnsan həyatında əsas rol oynayan məhz onun qəlbidir.

Qəlb iki fərqli həqiqətə malikdir; qəlb həm iş görür, həm də onda halətlər yaranır. Başqa sözlə, o həm təsirlənir, həm də təsirləndirir. Məsələn, göz görmək üçün yaradılmışdır. Əgər görmürsə, demək, kordur. Qəlb də müəyyən şeyləri görür, eşidir və müxtəlif halətlərə düşür; bəzi şeyləri sevir, bəzi şeylərə isə nifrət edir. Qəlbdə meyillər və münasibətlər olur. Bütün bunlar yerindədirsə, “qəlb” sağlamdır. Qurani-Kərim belə qəlbi “sağlam, saf qəlb” adlandırır. (“Şüəra” surəsi, ayə 88-89.)

Amma zəruri biliklərdən məhrum olub səhvə düçar olan, aramlığını itirən, qorxmalı olduğu halda qorxmayan və s. məınfiliklərə sahib olan qəlb xəstədir. Qurani-Kərimdə belə qəlb “xəstə qəlb” hesab olunur. (“Bəqərə” surəsi, ayə 10.) Bu baxımdan, qəlb elə həmin ruhdur. Onun idrakı, meyilləri, istəkləri vardır.

Başqa sözlə, qəlbə aid olan hal və sifətlər ikiqütblüdür. Bir qütbdə sağlam, digər qütbdə xəstə qəlbə xas əlamətlər durur. Quran və peyğəmbərlərin dəvəti yalnız diri, sağlam və saf qəlblərə təsir edə bilir. Allah-Taala buyurur:

أِنَّكَ لاتُسْمِعُ الْمَوْتى

“Şübhəsiz ki, səsini ölülərə (diri ikən ölülərə) eşitdirə bilməzsən. (“Rum” surəsi, ayə 52.)

Qəlbi ölmüş insan heç nəyi dərk etmir, dinin qorxutmaları ona təsirsiz olur. Xəstəliyin də sonu ölüm və fənadır. Xəstələnmiş insan müalicə olunmazsa, onun ölümü labüddür. Qəlb də xəstələndikdə, müalicə olunmazsa öləsidir və qəlbin ölümü insan üçün olduqca böyük fəlakətdir. Amma qarşımızdakı vəsiyyətnamədə qəlbin həm dirildilməsi, həm də öldürülməsi tapşırılır: “Qəlbini moizə və nəsihətlə dirilt, zöhd və pəhrizlə öldür.” Məgər qəlbin öldürülməsi də yaxşı bir iş ola bilərmi? Bəli, bəyənilməyən həyat tərzinin ölümü çox yaxşı işdir. İnsan qəlbi ikiüzlü sikkə kimidir. Onun bir üzünə baxmaq üçün o biri üzünü qapamalısan. Qəlbə aid olan meyil və istəklər həm ilahi ola bilər, həm də heyvani və şeytani. İnsanı kamala aparan meyillər ilahi, onu alçaldan meyillər heyvani və şeytanidir. Heyvani şəhvətlər, şeytani istəklər və insanı uçuruma sürükləyən “əmmarə nəfs” hökmən öldürülməlidir. Əks-təqdirdə, insanın tərəqqisinin qarşısı alınacaqdır. İmam Əli (ə) qəlbi öldür deyərkən məqsədi qəlbdəki heyvani hisslərin öldürülməsidir.

Qəlbin dirilik və ölülüyündən danışdıqdan sonra bu işin hansı yolla həyata keçməsindən söz açılır. Qəlb hansı yolla dirilə bilər, heyvani hisslər hansı yolla aradan qalxar?

İmam Əli (ə) qəlbin dirildilməsi üçün belə tövsiyə edir: “Qəlbini moizə və nəsihətlə dirilt.” Demək, qəlbin diriliyinə nail olmaq üçün ən yaxşı yol moizə dinləmək və nəsihətamiz kitablar oxumaqdır. Məsələn, Qurani-Kərimdən, Peyğəmbər (s) və Əhli-beytin (ə) moizələrindən istifadə olunmalıdır. İnsan özü də özünü moizə edə bilər. Hər bir şəxs ilahi nəsihətləri xatırlayaraq öz nəsihətçisi, vaizi ola bilər. Moizələri dinləmək, oxumaq, xatırlamaq vasitəsi ilə qəlb dirilə bilər. İmam Cavad (ə) buyurur:

الْمُؤمِنُ یَحْتاجُ إلی ثَلاثِ خِصال: تَوْفیق مِنَ اللهِ عَزَّ وَ جَلَّ، وَ واعِظ مِنْ نَفْسِهِ، وَ قَبُول مِمَّنْ یَنْصَحُهُ

“Mömin üç şeyə möhtacdır: 1. Allah-Taala tərəfindən tofiqə; 2. Öz nəfsindən ibarət (batini) nəsihətçiyə (vaizə); 3. Onu nəsihət edən şəxsin nəsihətini qəbul etməyə.” (“Biharul-ənvar”, 72- ci cild, səh.65, hədis 3.)

Moizə ölü qəlbi dirildə bilər. Yəni moizə insan qəlbini lazım olan istiqamətə yönəldir, müsbət meyilləri hərəkətə gətirir. Bəzən yaş həddi, fizioloji amillər və digər təbii vasitələr insandakı heyvani hissləri gücləndirir. Nəticədə insan ilahi əxlaq və ibadətdən kənarlaşır. Bəzən isə xarici amillər insanı bu istiqamətə meyilləndirir. Məsələn, bəzi səhnələrin seyri, bəzi söhbətlərin dinlənilməsi mənfi meyilləri gücləndirir. Bu gücün zəifləməsi üçün nə etməl, mənfi meyilləiri necə öldürməli, bu alovu necə söndürməli? İmam Əli (ə) yol göstərir: “...Zöhd və pəhrizlə öldür.”

Təhrikedici qidalar qəbul edən, səhnələrə baxan, söhbətlər dinləyən insanın qəlbində şeytani əhval yaranır. Mənfi əhvaldan qurtarmaq istəyən şəxs yol tapmalıdır. Dünyəvi ləzzətlərlə mübarizə yolu çoxdur. Oruc tutmaq, ibadət, ilahi dəyərlər haqqında düşüncə dünya ləzzətlərinə marağı azaldır.

Demək, insanı Allaha, mənəviyyata, kamilliyə doğru istiqamətləndirən həyat qəlb üçün müsbət sayılır. İnsan vücudunda belə müsbət fəallıq varsa, onun qəlbi diridir. Belə bir fəallıq əldə etmək, insanı axirət və axirət dəyərlərinə həvəsləndirmək üçün ən münasib yol moizədir. Heyvani şəhvətlərin və meyillərin cilovlanmasından ibarət olan qəlb ölümü isə zöhd və pəhriz vasitəsi ilə əldə oluna bilər.

Vəsiyyətin davamında imam Əli (ə) buyurur: “...Yəqinliklə gücləndir, hikmətlə işıqlandır.”

Əgər bədən lazımınca inkişaf etmişdirsə, insan bir çox istəklərini həyata keçirməyə qadir olur. Qəlb də belədir. O, yalnız o vaxt istəyinə çata bilir ki, güclü olsun, istəyini gerçəkləşdirə bilməyən qəlb zəifdir. Allah-Taala insana məhz istəklərini həyata keçirə bilməsi üçün qəlb əta etmişdir.

Bəs, qəlbi hansı yolla gücləndirmək olar? İnsanın qəlbi və ruhu iki baxımdan diqqəti cəlb edir: elm və agahlıq yönü; meyil və istək yönü. Ruhun dərk, elm və agahlıq yönü daha maraqlıdır.

Qəlbin elmi yönü yəqinlik vasitəsi ilə güclənir. Zəruri bilikləri qazana bilən, taleyüklü etiqadi mətləbləri qavraya bilən qəlb güclüdür. Elmi yəqinliyə malik olmayan, şəkk-şübhələr içində vurnuxan qəlb isə zəifdir. Qəlbini gücləndirmək istəyən insan yəqinlik əldə etməlidir. Öz mərifətinə biganə olan şəxsin qəlbi zəifliyə məhkumdur. Allaha, axirətə, digər zəruri etiqadi məsələlərə münasibətdə özündə zəiflik hiss edən insan aram dayanmamalıdır. O, yəqinliyə çatanadək çalışmalıdır. Bu istiqamətdə fəaliyyət göstərməyən qəlb günbəgün zəifləyir, nəhayət, insan süquta uğrayır. Bədən də belədir. Bir üzvü fəaliyyətdən düşmüş orqanizm daim zəifləyir. Qəlbi gücləndirmək üçün də onun çalışdırılması, dəlillər vasitəsi ilə yəqinlik əldə olunması zəruridir.

Yəqinlik əldə etmək üçün çox yol var. Bu yollardan biri əqli dəlillərlə silahlanmaqdır. Şübhədə olan insan biganə qalmamalı, möhkəm dəlillər əldə etməklə yəqinliyə çatmalıdır.

Digər tərəfdən, qəlbin necə qüvvətləndirilməsi sualına vəsiyyətin növbəti cümləsi cavab ola bilər: “Hikmətlə işıqlandır.” Demək olar ki, əksər ayə və rəvayətlərdə hikmət deyilərkən əməli hikmət, əməli maarif nəzərdə tutulur. Amma əvvəlki “yəqinliklə gücləndir” tövsiyəsində nəzəri maarifdən danışılır. Əməli hikmət dedikdə, insanın əməlində zahir olan yəqinliklər nəzərdə tutulur. Nəzəri hikmət isə insanın qəlbini gücləndirən həqiqi etiqadlardan ibarətdir.

Qəlbin digər bir sifəti onun işıqlı və ya qaranlıq olmasıdır. Əməli və nəzəri hikmətdən məhrum olan qəlb qaranlıqdır. Bu qəlb nə edəcəyini, nəyə inanacağını bilmir. Qəlbi işıqlandırmaq üçün hikmət qazanmaq lazımdır. Onu işıqlandırmaq üçün hikmətə ehtiyac var.

Bəli, qəlb nəzəri maariflə güclənir və şübhə tufanı onu yerindən oynada bilmir. Əməli hikmət sayəsində yol işıqlanır, qaranlıq sədlər aradan qalxır. (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.54-66.)

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:10
06:30
12:32
18:48
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-09-2018 15:41