Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir. (Bəqərə,109)

İmam Əli (ə):«Dostlardan ayrılacağına, torpağın üstündə yatacağına, qarşısında hesab olacağına, özündən sonra yerdə qoyub getdiklərinin onun işinə yaramayacağına və qarşıya göndərdiklərinə möhtac olduğuna yəqin edən kəs arzunu qısa etməyə və əməl dairəsini uzun etməyə daha layiqdir.»



Dəm qazından zəhərlənənlər arasında 25-40 yaş arasında olanlar çoxluq təşkil edir

-- Zəhərlənənlərdən 70 faizini qadınlardır

Tarix : 07-03-2018 16:48

1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə bu ilin yanvarında 18, fevralında 20, martın ötən dövrü ərzində isə 6 nəfər dəm qazı zəhərlənməsi ilə daxil olub. Zəhərlənənlərdən 70 faizini qadınlar olub. Ümumiyyətlə, şöbəyə yanvarda 2, fevralda 3, martın ilk həftəsi ərzində isə 1 uşaq dəm qazından zəhərlənmə səbəbi ilə gətirilib. Zəhərlənənlər arasında 25-40 yaşarası vətəndaşlar üstünlük təşkil edirlər. Toksikologiya şöbəsində dəm qazı zəhərlənməsindən ölüm faktı qeydə alınmayıb, xəstələr müayinə və müalicələrdən sonra evə buraxılıblar.
 
Ötən il havaların nisbətən sərt və soyuq keçməsi səbəbindən dəm qazı zəhərlənmə hadisələri bu ilin müvafiq dövrlərinə nəzərən daha çox olub.
 
Maide.Az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə şöbənin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov jurnalistlərə açıqlamasında məlumat verib.
 
O, bildirib ki, fevralda 2 nəfər sirkə turşusu, 11 nəfər isə kəskin allergik reaksiya səbəbindən şöbəyə gətirilib ki, bunların da çoxu dərman qəbulundan sonra meydana gəlib. Bundan əlavə, demək olar ki, hər gün və ya günaşırı 6-7 nəfər spirtli içki ilə əlaqədar şöbəyə müraciət edir, həkimlərin tibbi yardımından sonra evə buraxılırlar.
 
Dəm qazı zəhərlənmələrinin əksəriyyətinin hamam otağında baş verdiyini vurğulayan şöbə müdiri əhaliyə bununla bağlı tövsiyə və xəbərdarlıq edib: “Qaz cihazı olan yerlərdə diqqətli olmalı, qaydalara riayət edilməlidir. Əgər dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu təmiz havaya çıxarmaq vacibdir. Zəhərlənmə nəticəsində bədən temperaturu düşdüyü üçün həmin şəxsin üstünü örtmək, ona isti içki vermək lazımdır. Sonra isə tibb mütəxəssisinə dəqiq müayinə məqsədilə müraciət edilməlidir. Huşu özündə olmayanların isə dərhal qapalı mühitdən çıxarılmasından sonra mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır. Dəm qazından zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Belə ki, dəm qazı əmələ gələrkən xəbərdarlıq edən qurğular var. Onları qaz cihazlarına yerləşdirən zaman zəhərli qazın əmələ gəlməsini işarə edir və qaz verilişi dayanır”.
 
Baş toksikoloq Azər Maqsudov mövsümlə əlaqədar ilan və əqrəb sancmalarının olmadığını da qeyd edib.


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:09
06:29
12:32
18:49
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

24-09-2018 14:09