DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində VIII turun son oyunları keçirilib - VİDEO

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində VIII turun son oyunları keçirilib - VİDEO

Türkiyə millisi Xorvatiyanı yenərək, final mərhələsinə yüksəlmə şanslarını qoruyub

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VIII turun son oyunları keçirilib.
 
9 qarşılaşma D, G və İ qruplarını əhatə edib.
 
Günün ən önəmli qarşılaşmalarından biri D qrupunda İrlandiya ilə Serbiya arasında olub. Qonaqlar minimal hesablı qələbə qazanaraq, Rusiyada təşkil olunacaq final mərhələsinə vəsiqəni qrup lideri kimi böyük ölçüdə təmin ediblər.
 
G qrupunda İspaniya səfərdə Lixtenşteynə 8 cavabsız qolla qalib gəlib. İtaliya İsraili minimal hesabla yenərək, birinci pilləyə olan iddiasını davam etdirib. Əvəzində Albaniya səfərdə Makedoniya ilə heç-heçə edərək, birbaşa vəsiqə şanslarını itirib.
 
İ qrupunda isə Türkiyə millisi Xorvatiya üzərində vacib qələbə qazanıb. Cenk Tosunun 75-ci dəqiqədə vurduğu qol "ay-ulduzlular"ı final mərhələsinə hətta qrup lideri kimi qatılmağa ümidləndirib. Mirça Luçeskunun baş məşqçi olduğu komandaya İslandiyanın Ukraynanı yenməsi də yardımçı olub. (report) /
 
D qrupu
22:45. Avstriya – Gürcüstan - 1:1
Qollar: Luis Şaub, 43 - Valerian Qviliya, 8
 
22:45. İrlandiya – Serbiya - 0:1
Qol: Aleksandar Kolarov, 55
 
22:45. Moldova – Uels - 0:2
Qollar: Hal Robson-Kanu, 80. Aaron Remzi, 90+3
 
Xal durumu: Serbiya - 18, Uels - 14, İrlandiya - 13, Avstriya - 9, Gürcüstan - 5, Moldova - 2.
 
G qrupu
22:45. Makedoniya – Albaniya - 1:1
Qollar: Aleksandar Traykovski, 78-penalti ilə - Odise Roşi, 53
 
22:45. Lixtenşteyn – İspaniya - 0:8
Qollar: Serxio Ramos, 3. İsko, 16. Alvaro Morata, 16; 54. David Silva, 39. Yaqo Aspas, 51; 63. Xerard Dölofö, 89
 
22:45. İtaliya – İsrail - 1:0
Qol: Çiro İmmobile, 53
Xal durumu: İspaniya - 22, İtaliya - 19, Albaniya - 13, İsrail - 9, Makedoniya - 7, Lixtenşteyn - 0.
 
İ qrupu
22:45. Kosova – Finlandiya - 0:1
Qol: Teemu Pukki, 83
 
22:45. İslandiya – Ukrayna - 2:0
Qol: Gilfi Siqurdsson, 47; 66
 
22:45. Türkiyə - Xorvatiya - 1:0
Qol: Cenk Tosun, 75
Xal durumu: Xorvatiya - 16, İslandiya - 16, Ukrayna - 14, Türkiyə - 14, Finlandiya - 7, Kosova - 1.

Турция - Хорватия от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Лихтенштейн - Испания 0:8 от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Исландия - Украина от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Google+ WhatsApp ok.ru