DÇ-2018: İkinci finalçının adı məlum olacaq

DÇ-2018: İkinci finalçının adı məlum olacaq

-- Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və ...

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ikinci yarımfinal oyunu keçiriləcək.
 
Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, ikinci yarımfinalda İngiltərə və Xorvatiya yığmaları qarşılaşacaq.
 
Mübarizəyə G qrupunda başlayan İngiltərə 1/8 finalda Kolumbiyanı, 1/4 finalda isə İsveçi məğlub edib. Qrup mərhələsində D qrupunda lider olan Xorvatiya isə 1/8 və 1/4 finalda müvafiq olaraq Danimarka və Rusiyanı məğlubiyyətə uğradıb.
 
İngiltərə yığması tarixində bir dəfə — 1966-cı ildə çempion olub. Xorvatiya isə ilk dəfə finala çıxa bilər.
 
Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və Moskvanın "Lujniki" stadionunda baş tutacaq.
 
Oyunu türkiyəli referi Cüneyt Çakırın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Google+ WhatsApp ok.ru