İŞİD-in ABŞ və İsrail pasportuna malik 4 məsləhətçisi həbs edilib

İraqın terrorizmlə mübarizə qüvvələri İŞİD-in əməliyyat qərargahlarından birinə hücum edərək, 4 hərbi məsləhətçini ələ keçiriblər. 
Maide.az xəbər verir ki, saxlanılan hərbi məsləhətçilərdən 3-ü Amerika, 1-i isə İsrail pasportuna malikdir. Bunu İraqın təhlükəsizlik rəsmisi deyib. 
Onun sözlərinə görə, saxlanılan şəxslərdən birinin üzərindən həmçinin Fars Körfəzi ətrafında yerləşən Ərəb ölkələrindən birinin pasportu aşkar olunub. 
Məlumatda bildirlir ki, Mosul vilayətində, Təl-Əbtə səhrasında ucqar bir nöqtədə İŞİD-in modern əməliyyat qərargahının olması barədə məlumatlar daxil olmuşdu. Bu mərkəzdə xarici hərbçilərin məsləhətçi qismində İŞİD ilə əməkdaşlıq etdikləri bildirilirdi. İraqın Terrorizmlə Mübarizə Təşkilatı qüvvələri "Əqrəb Sancması" adlı ildırım sürətli bir əməliyyatda bu mərkəzə hücum edib və orada olan şəxsləri həbs edib.  Əməliyyat başa çatdıqdan sonra isə bu mərkəz partladılıb. Əməliyyat zamanı bir neçə terrorçu və onların xarici hərbi məsləhətçiləri ələ keçirilib, bir neçə terrorçu da məhv edilib. /
 

Google+ WhatsApp ok.ru