İŞİD-in Misirdə terror hücumları davam edir

İŞİD terror qruplaşması Misirdə terror hücumlarını davam etdirir.
Maide.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya və İraqda qətliamlar həyata keçirən İŞİD terror təşkilatı indi də Misir torpaqlarına göz dikib.
Məlumata görə, dünən terrorçular Qarbiyə və Dabaa şəhərlərində terror həyata keçiriblər.
Özlərinə “İraq Şam İslam Dövləti Misir” (İŞİDM) adını verən terrorçular Misirdə hücumların davam edəcəyini bildiriblər.
Səudiyyə Ərəbistanında yayımlanan “Ukaz” qəzetinin xəbərinə görə, Misir ordusu terrorçuların Səna şəhərinə hücumlarının qarşısını alıb. Misir təhlükəsizlik qüvvələri hazırda Səna şəhərində müdafiəni gücləndirib.
Qeyd edək ki, İŞİD terror qruplşaması bir neçə gün öncə Səna şəhərində geniş miqyaslı hücumlar təşkil etmişdi. /

Google+ WhatsApp ok.ru