İŞİD-in Mosulda dağıtdığı heykəllər saxta çıxdı

Mosul valisi Asil Nuceyfi İŞİD-in Mosulda yandırıb dağıtdığı əsərlərin saxta olduğunu deyib.
 
Maide.az xəbər verir ki, İraqın Mosul şəhərinin valisi Asil Nuceyfi "Rudaw"a açıqlamasında ötən günlərdə Mosul muzeyində İŞİD-in məhv etdiyi əsərlərin çoxunun 2003-cü ildəki İraq müharibəsindən sonra Bağdada aparılan əsas əsərlərin surəti olduğunu söyləyib.
 
İŞİD-in 7 əsəri oğurladığını qeyd edərək YUNESKO-nun oğurlanmış əsərləri almaması üçün antik əsər ticarətçilərini xəbərdarlıq etdiyini deyən Nuceyfi, belə danışıb: "Mosul muzeyi İraqın ikinci böyük muzeyidir. Xoşbəxtçilikdən muzeydə saxlanan bəzi əsərlər Bağdaddakı Milli Muzeyə köçürülmüşdü. Videoda ağır çəkiclə qırılan, məhv edilənlər əsl əsərlərin təkrar istehsallarıdır. Ancaq terrorçuların məhv etdiyi əsərlərdən sadəcə 2-si əsldir. Bunlardan biri qanadlı öküz, digəri Rozhan heykəli. Həmçinin videoda bəzi həqiqi əsərlərin olmadığını müəyyən etdik ki, bu da İŞİD-in viran əməliyyatı ərəfəsində 7 dənəsini oğurladığını göstərir".
 
İraqdan oğurlanan Akad dövrünə aid əsərlərin Türkiyə, Suriya və Livan ərazisindən daşındığını söyləyən Nuceyfi, bu ölkələrin əsərlərin qaçırılmasının qarşısını alacağını bildirib.

Google+ WhatsApp ok.ru