İŞİD-in Mosuldakı cinayətlərinin araşdırılması tələb olunur

İŞİD-in Mosuldakı cinayətlərinin araşdırılması tələb olunur

Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International)  İŞİD terror qruplaşmasının İraqın Mosul şəhərində sivil əhaliyə qarşı törətdiyi cinayətləri araşdırmaq üçün bir komissiyanın təşkil edilməsini istəyib. 
 
Maide.Az xəbər verir ki, Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq üzrə araşdırmalar idarəsinin müdiri Lin Malov bazar ertəsi günü deyib: İŞİD-in Mosulda yol verdiyi cinayətlər cəzasız qalmamalıdır.
 
Beynəlxalq Amnistiya Təşkilatının bildirdiyinə görə, İŞİD mülki əhalidən canlı qalxan kimi istifadə edib və minlərlə nəfəri şəhəri tərk etmək istədiyi üçün edam edərək, cəsədlərini ictimai məkanlarda asıb.

Google+ WhatsApp ok.ru