İŞİD-çi terrorçuların Misirə köç etdiyi bildirilir

İŞİD-çi terrorçuların Misirə köç etdiyi bildirilir

-- İŞİD terrorçularının Sina yarımadasına ...

Suriyalı qaynaqlar İŞİD-çi terrorçuların İordaniya üzərindən Misirdəki Sina yarımadasına keçməyə başladıqlarını bildirib.
 
Maide.Az "on4haber" saytına istinadən məlumat verir ki, Suriyalı yerli qaynaqlar Misirdə yayımlanan "əl-Youm əs-Sabaa" qəzetinə verdiyi açıqlamada, "İŞİD-çi terrorçular cənubi Suriya ərazisindən İordaniyaya keçib sonra Misirə doğru köçürülə bilirlər",- deyib.
 
Xəbərdə, "Təhlükəsizlik qüvvələrindən bəziləri terrorçularla birlikdə əməkdaşlıq etdiyi təqdirdə, İŞİD terror təşkilatı militanları rahat bir şəkildə Sina yarımadasına daxil ola bilirlər",- deyə bildirilib.
 
"əl-Youm əs-Sabaa"nın suriyalı mənbələrdən aldığı məlumata görə, hava yolu ilə Suriyaya gələn terrorçuların daşınma prosesi isə böyük ehtimalla Misirin qonşu ölkələrindən birinə aid yük təyyarələrinin vasitəsilə baş verir.
 
Yayımlanan xəbərdə, "Təhlükəsizlik etinasızlıqları olmadığı müddətcə İŞİD terrorçularının müxtəlif ölkələrə daşınması mümkündür",- deyilib.
 

Google+ WhatsApp ok.ru