İŞİD 15 Suriya əsgərinin və 1 amerikalı həkimi edam edib

Maide.az-ın məlumatına görə, İŞİD terrorçuları növbəti qanlı cinayətə əl atıblar. Bu dəfə onlar 15 Suriya hərbçisini və 1 amerikalı girov Piter Kessinqi edam ediblər.
 
Öldürülənlər arasında bir neçə Suriya HHQ pilotları da olub. 
 
Piterin başının kəsildiyini əks etdirən videoçarxda maskalı terrorçu qeyd edir ki, ABŞ quru əməliyyatlarına keçdiyi təqdirdə, hər bir amerikalını Kessinqin aqibəti gözləyəcək.
 
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bu xəbəri təsdiqləyərək Kessinqin ailəsinə başsağlığı verib.
 
Bildirilir ki, 26 yaşlı humanitar missiya işçisi Piter Kessinq 2013-cü ilin oktyabrından terrorçuların əsarətində olub. Valideynlərinin sözlərinə görə, burada o, İslamı qəbul edib və hətta adını dəyişərək Əbdul Rəhman qoyub. Lakin valideynlərinə ünvanladığı məktubda Piter bildirir ki, bütün İslam qaydalarına riayət etməsinə baxmayaraq, o da digər girovlarla birgə öldürülə bilər: "Mən ölsəm, siz, ən azından, bunda təsəlli tapa bilərsiz ki, mən ora ehtiyacı olanların əzablarını azaltmaq və yardım etmək niyyətiylə getmişəm",- deyə o, ana-atasına təsəlli verib."

Google+ WhatsApp ok.ru