İŞİD 300 yezidi kürdünü azad etdi

Terror təşkilatının Sincar bölgəsində əsir tutduğu təxminən 300 yezidi kürdünü azad etdiyini bildirib.
 
Sincar sakinlərindən olan yezidi aktivist Xeyri Seydu Hadida deyib: “İŞİD əsir tutduğu çoxu qadın və uşaqlardan ibarət olan təxminən 300 nəfəri dünən gecə azad edib. Azad edilənlərin dəqiq sayını bilə bilmərik. Amma azad edilənlərlə əlaqə saxladığımız zaman onlar ümumilikdə iki avtobus və iki yük avtomobilinə mindiklərini deyiblər”.
 
Hadida İŞİD tərəfindən əsir tutulanlarla əlaqə saxlamağa cəhd etdiklərindən telefona bir İŞİD yaraqlısının onlara cavab verdiyini və təxminən 200 yezidi kürdü ailəsinin bu gün ərzində azad edəcəklərini dediyini qeyd edib.
 
Məsələ ilə əlaqədar İraq hökumətindən hələlik heç bir açıqlama verilməyib.

Google+ WhatsApp ok.ru