Dənizin ortasında beş gün belə gözlədi

Meksikada 5 gün itgin düşmüş iki balıqçıdan biri dənizin ortasında buz saxlama qutusunun uzərində xilas edilməsini gözlədi. 
Maide.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə,  Meksikanın Akapulko limanından balıq tütmaq üçün dənizə çıxan balıqçıların axtarışı beş gün davam edib. Balıqçılarıngəmisi tufanda batandan sonra onlardan biri həlak olub, digəri isə 5 gün buz saxlama qutusunun üzərində möcüzəli şəkildə sağ qalıb.  Xilas olandan sonra balıqçının ilk istədiyi su olub. Şəkil telefonla çəkildiyi üçün keyfiyyətsizdir. /
 
 

Google+ WhatsApp ok.ru