Dərman bazarında süni bahalaşma gedir

Rusiya istehsalı olan dərmanları daha ölkəyə gətirmirlər, beləliklə də bu dərmanlar bazardan çıxarılır. 
 
Axar.az-a bu haqda aptek sahibi olan vətəndaşlardan biri deyib. Onun sözlərinə görə, rus istehsalı olan “Entramiçin”, “Noşpa” və digər bu kimi insanların tez-tez istifadə etdiyi rus dərman preparatları satışdan yığışdırılır. 
 
Sahibkarın sözlərinə görə, firmalar bu dərmanların yerinə Türkiyə, Belçika, Hindistan və digər ölkələrdə istehsal olunan dərmanlar gətirirlər: 
 
“Artıq “firma dərmanları” apteklərə ayaq açıb və rus istehsalı olan keyfiyyətli, ucuz dərmanlar satışdan çıxarılır. Bunu kommersiya məqsədi ilə həyata keçirirlər”. 
 
Sahibkar qeyd edir ki, Bakı apteklərində dərmanların qiyməti yenidən qalxıb. Əczaçıların sözlərinə görə, son bir ay ərzində bəzi dərman preparatları apteklərə ikiqat baha qiymətə verilir./.

Google+ WhatsApp ok.ru