İŞİD əmri öldü; terrorçular Kobanidən çəkilir

Maide.az xəbər verir ki, Kobanidə dünən axşam başlayan və bu səhər də davam edən şiddətli qarşıdurmaların İŞİD-ə vurduğu zərər ağır olub. Kobanidən gələn son dəqiqə məlumatlarına görə, İŞİD 25 üzvünü və bir əmrini itirib.
 
Peşmərgə qüvvələrinin komandiri Şervan Spindareyi bildirib ki, bir neçə məhəlləni azad ediblər və İŞİD terrorçuları geri çəkilməyə başlayıblar.
 
Suriya İnsan Haqqları Təşkiları (SOHR) ötən 3 aylıq zaman müddətində İŞİD təşkilatının 1400 itki verdiyini açıqlayıb. Hesabatda İŞİD hücumlarında 471 peşmərgə üzvü ilə 17 Azad Suriya Ordusu döyüşçüsünün öldüyü bildirilir. 

Google+ WhatsApp ok.ru