Dərbənd azərbaycanlıları mitinq keçirdi -FOTO

Ötən gün Dərbənddə bu şəhərdə yaşayan azərbaycanlılar mitinq keçirib. Lent.az-ın məlumatına görə, soydaşlarımz şəhərin qədim Baba Məscidin meydanına yığılaraq son günlər şəhərdə baş vermiş olaylara öz etirazını bildiriblər.
 
Məlumata görə,  mitinqdə çıxış edənlər Dərbəndin şəhər meri İmam Yaraliyevin istefasını tələb ediblər.  Dərbənd azərbaycanlıları Nizami Gəncəvinin heykəlinin yandırılması, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyev heykəlinin sındırılması, tanınmış dini xadim Seyid Mir Qafar ağanın qəbrinin təhqir edilməsinə görə, şəhərin meri Yaraliyevi suçlayıblar.
 
Aksiya iştirakçıları şəhər merindən Dərbənddə sosial problemlərin həll edilməsini də tələb ediblər.
Mitinq keçirilən ərazi polis və OMON mühasirəsində olsa da, aksiyaya müdaxilə edilməyib. /
 
 
 
 

 

Google+ WhatsApp ok.ru