İŞİD “Boko Haram” qruplaşmasının sadiqlik andını qəbul edib

 İŞİD terror qruplaşmasının nümayəndələri Nigeriyanın “Boko Haram” qruplaşmasının sadiqlik andını qəbul edib.
 
Bu barədə “Frans Press” məlumat yayıb.
 
Məlumata görə, nigeriyalı terrorçuların sadiqlik andının qəbul olunduğunu qruplaşmanın mətbuat-katibi Məhəmməd əl Ədnani bildirib.  
Xatırladaq ki, bir neçə gün əvvəl Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının silahlıları İŞİD-ə sadiq qalacaqlarına and içiblər.
 
“Boko Haram” silahlılarının internetdə paylaşdıqları video çarxda əks olunan terrorçular İŞİD-ə tabe olacaqlarına and içiblər.
 
Video çarxda ərəb dilində səslənən bəyanatın nigeriyalı terrorçuların lideri tərəfindən dəstəkləndiyi qeyd edilir.
 
Qeyd edək ki,  bundan əvvəl Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda fəaliyyət göstərən bir neçə terror qruplaşmaları  İŞİD qruplaşması ilə birləşib.    

Google+ WhatsApp ok.ru