Dəyərlər Oxucular Klubu Əziz Peyğəmbərin (s) mövluduna həsr edilmiş Futbol Çempionatı keçirdi -FOTO

Qarşıdan aləmlərə rəhmət olaraq göndərilmiş əziz Peyğəmbər Həzrət Muhəmmədin (s) mövludu gəlir. Bu mübarək tarix, ənənəvi olaraq, "Mövlud həftəsi" formatında keçirilir. Dünyanın hər yerində yaşayan yüzmilyonlarla müsəlman tərəfindən elmi, tədqiqi, intellektual tədbirlər, idman yarışları, flaş-moblar, bədii, ədəbi, incəsənət tədbirləri və s. vasitələrlə bu əziz İNSANın, Axırıncı İlahi Elçinin (s) dünyaya gəlişi qeyd edilir.

Bu münasibətlə Dəyərlər Oxucular Klubunun təşkilatçılığı və Deyerler.org saytının informasiya dəstəyi ilə Rəsuli-Əkrəmin (s) mövluduna həsr edilmiş Futbol Çempionatı keçirilib.

 

Dəyərlər Oxucular Klubunun onlarla üzvünün qatıldığı Futbol Çempionatı duaların edilməsi ilə başlanıb. Hər komandada 6 nəfər olmaqla, ümumilikdə 8 komandanın qatıldığı Futbol Çempionatının ilk mərhələsində qrup mərhələsinin oyunları keçirilib.

 

“Zəfər”, “Ələmdar”, “Xəzər” və “Zülfüqar” komandaları A qrupunda, “Əmin”, “Mədinə”, “Zülcənah” və “Fərəc” komandaları isə B qrupunda yarışıb.

 

Qrup mərhələsinin yekunlarına görə, A qrupundan “Xəzər” komandası 7 xal, “Zülfüqar” komandası 4 xalla, B qrupundan isə “Fərəc” komandası 9 xal, “Əmin” komandası 6 xalla yarımfinal mərhələsinə keçib.

 

Əzmkar mübarizədən sonra “Əmin” və “Zülfüqar” komandaları final mərhələsinə vəsiqə qazanıb. Üçüncü yer uğrunda mübarizədə isə, “Fərəc” komandası nisbi üstünlüyə nail olaraq, üçüncü yeri qoruyub.

 

Böyük maraqla izlənən final oyununun əsas hissəsində hesab 1-1 olaraq başa çatıb. Cərimə zərbələri mərhələsində “Zülfüqar” komandası üstünlüyü əldə edərək Futbol Çempionatının qalibi olub./

 

Dəyərlər Oxucular Klubu Əziz İslam Peyğəmbərinin (s) mövluduna həsr edilmiş Futbol Çempionatı keçirdi


Dəyərlər Oxucular Klubu Əziz İslam Peyğəmbərinin (s) mövluduna həsr edilmiş Futbol Çempionatı keçirdi


Dəyərlər Oxucular Klubu Əziz İslam Peyğəmbərinin (s) mövluduna həsr edilmiş Futbol Çempionatı keçirdi

 

Google+ WhatsApp ok.ru