Dəməşq yaxınlığındakı partlayışlarda ölənlərin sayı 45 nəfərə çatıb

Suriyanın paytaxtı Dəməşqdə iki ardıcıl terror aktı törədilib.
 
Maide.az xəbər verir ki,  terrorlar nəticəsində 45 nəfər həlak olub, 110-dan çox insan isə yaralanıb.
 
Bomba quraşdırılmış avtomobil paytaxt Dəməşqdə Həzrət Zeynəbin (s.ə) pak hərəminin yaxınlığında partladılıb. Daha sonra kamikadze də özünü elə həmin ərazidə partladıb.
 
Təkfirçi-vəhhabi İŞİD terrror qruplaşması baş verən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb./
 

Google+ WhatsApp ok.ru