Dəyanət Rzayev: `Ölkəni gecə işıqları söndürüləcək səviyyəyə salmaq lazım deyildi`

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və dolların bahalaşmasından sonra Azərbaycan hökuməti müxtəlif xərclərə qənaət etməyə başlayıb. Bunlardan biri də paytaxtda elektrik enerjisinə qənaət edilməsi ilə bağlıdır. Belə ki, paytaxtın Səbail, Yasamal, Abşeron və s. kimi rayonlarında əvvəllər gecə saatlarına qədər söndürülməyən işıqlar indi daha tez söndürülür. Ekspertlər bu durumun insanlara psixoloji təsirinin olmasını istisna etmirlər.
 
Maide.az xəbər verir ki, Mövzu ilə bağlı deyerler.org-la fikirlərini bölüşərkən sosioloq Dəyanət Rzayev deyib ki, gecələr işıqların söndrülməsi qeyri-adi tərzdə qəbul edilməyəcək: "Ölkəni әzәldәn gecə işıqları söndürüləcək səviyyəyə salmaq lazım deyildi. Hökumət çox sərt qənaət rejiminə keçdi. Əslində bəzi şeylərə qənaət edilməməli idi. Bura elektrik enerjisi, ərzaq məhsulları da aiddir. Dünyanın bir çox ölkələrində də müəyyən böhranlı durumlar yaşanıb. Hәmin ölkələrdə sərt qənaət rejiminə ən son həddə keçiblər. Azərbaycanda bu gün qənaət edilən məsələlər, әslindә qənaət ediləsi ən son vasitәlәrdir. Ölkədə iri həcmli tədbirlər, əyləncə proqramlarında ciddi qənaət edilməlidir. Ölkə, pulların pik vaxtında olan zaman normal qənaət rejimi ilə işləməli idi. Amma hәmin şansı qaçırtdıq. Artıq geriyə dönüşü olmayan bir yola daxil olmuşuq. Düşünürəm ki, indiki duruma əhali zamanla uyğunlaşacaq. Amma bu uyğunlaşma onların sağlamlığı bahasına başa gələcək".

Google+ WhatsApp ok.ru