İşdən çıxmaq üçün ərizə yazan məhkəmə sədri vəzifəsindən azad edilib

İşdən çıxmaq üçün ərizə yazan məhkəmə sədri vəzifəsindən azad edilib. Bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında qərar qəbul edilib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədr əvəzi vəzifəsindən azad olunan Müseyib Hüseynov Həmçinin, Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, bir müddət əvvəl M.Hüseynov ərizəsində səhhəti ilə əlaqədar iş yerinin dəyişdirilməsini istəmişdi.
Qeyd edək ki, M.Hüseynov 2011-ci il yanvarın 1-dən 2016-cı il yanvarın 1-dək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində çalışıb. 

Google+ WhatsApp ok.ru