Dəhşətli hesabat: Keçən il müharibələrdə 167 min insan həyatını itirib

2015-ci il ilə əlaqədar statistik məlumatlar dərc edilib
 
İslamazeri.az  “Islam Today” saytına istinadən xəbər verir ki, “Beynəlxalq strateji araşdırmalar institutunun” dərc etdiyi məruzədə, 2015-ci ildə bütün dünya üzrə baş vermiş hərbi münaqişələrdə təxminən 167 min nəfər həyatını itirib. Bu rəqəmin 1/3-i Suriya münaqişəsinin payına düşür. “Ümumilikdə, 2015-ci ildəki müharibə qurbanlarının sayı, 2014-cü ilə nisbətən azdır, lakin göstəricilər əvvəlki kimi yüksəkdir.”,  – deyə hesabatda deyilir. Məruzəyə əsasən, son bir neçə il ərzində Əfqanıstan müharibəsinin qurbanlarının sayı bir neçə dəfə artıb.
Əgər 2013-cü ildə orada 3,5 nəfər ölmüş idisə, 2015-ci ildə isə qurbanların sayı 15 min nəfərdir. Ölümlərin mütləq çoxluğu – 80%-dın çoxu – 6 münaqişənin – Suriya, İraq, həmçinin Əfqanıstan, Nigeriya, Mərkəzi Amerika və Meksikanın payına düşür. Son üç ildə qaçqınların sayı da artıb. 2013-cü ildə 33 milyon nəfər, 2014-cü ildə 43 milyon nəfər, 2015-ci ilin yarısında isə 46 milyon nəfər evlərini tərk etməyə məcbur idi. - See more at: http://islamazeri.az/dehsetli-hesabat-kecen-il-muharibelerde-167-min-insan-heyatini-itirib--35033.html#sthash.1t10MjrX.dpuf

Google+ WhatsApp ok.ru