Dəkkədə polis girovları azad edib, bütün terrorçular məhv edilib

Dəkkədə polis girovları azad edib, bütün terrorçular məhv edilib

Banqladeş polisi paytaxt Dəkkədə terrorçuların bir neçə nəfəri girov saxladığı restorana hücum edib.

 

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 6 silahlı öldürülüb, 13 girov, o cümlədən 3 əcnəbi azad edilib.

 

Hücum şənbə günü səhər başlayıb. Polis restorana daxil olmaq istəyərkən atəşlə qarşılaşıb. Əməliyyatda ümumilikdə 100 polis iştirak edib. Girovların azad edilməsi zamanı onlar arasında da itki olduğu açıqlanıb.

 

O da bildirilir ki, girovlar arasında restoranın işçiləri ilə yanaşı, Hindistan, İtaliya və Yaponiya vətəndaşları da olub.

 

Polis rəsmiləri “NBC News” telekanalına bildiriblər ki, əməliyyat zamanı bütün terrorçular öldürülüb. Qarşıdurma ümumilikdə 10 saatadək çəkib.

 

 

Xatırladaq ki, ötən axşam Dəkkədə naməlum silahlılar diplomatik məhəllədə yerləşən restorana hücum edib. İnsidentə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.

İnsidentə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Google+ WhatsApp ok.ru